BVF-dən virtual pul xəbərdarlığı: Böyük çöküşlər görə bilərik

 
Beynəlxalq Valyuta Fondunun sədri Kristin Laqard (Christine Lagarde) CNBC-yə verdiyi müsahibəsində böyük mərkəzi bankları və tənzimləyici orqanları rəqəmsal pul vahidləri barədə xəbərdarlıq edib.


 
"Marja" xəbər verir ki, Laqard, qlobal maliyyə qurumlarının,  ödəniş sistemləri və maliyyə xidmətlərini indidən "sarsıtmağa" başlayan virtual pulları kifayət qədər müşahidə etmədiklərini və bununla risk götürdüklərini bildirib.

 

BVF sədri, "Böyük çöküşlər görməyə yaxın olduğumuzu düşünürəm", - şərhini edib.
 

Laqard rəqəmsal pul texnologiyalarının geniş miqyaslı təsirlərinin izlənməsi lazım olduğuna diqqət çəkib.


 
Virtual pul vahidi Bitcoin-in qiyməti, Cümə axşamı günü əməliyyatlarda 5000 dollar səviyyəsini keçib. 

 

Bəzi ölkələrdə Bitcoin və digər virtual pul vahidləri ilə əməliyyatlara daha çox tələblər tətbiq edilməsi məsələsi tez-tez gündəmə gəlir.

13 Oktyabr 2017, 12:13   
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin