Kassiri oteldən 15 min dollar oğurladı

Qəbələ rayonunda yerləşən “Qafqaz Qəbələ City Hotel”dən oğurluq olub.


Otelin kassasından 15 min ABŞ dolları oğurlanıb.


Polisin araşdırması nəticəsində otelin kassasından pul oğurlayan şəxsin oteldə işləyən 1986-cı il təvəllüdlü Ruslan Rəsulov olduğu müəyyənləşdirilib. Həmin şəxs saxlanılıb.


Məlum olub ki, o, müxtəlif vaxtlarda otelin kassasından 15 min dollar oğurlayıb.


Qeyd edək ki, R.Rəsulov oteldə əvvəllər kassir köməkçisi, daha sonra kasir əvəzi işləyib.
Fakt üzrə araşdırmalar davam etdirilir.

 

© Report

13 Oktyabr 2017, 12:30   
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin