Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Bu gün dolların hərəkət trayektoriyası müəyyənləşəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bu gün dolların hərəkət trayektoriyası müəyyənləşəcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bu gün Bakı vaxtı ilə saat 16:30-da ABŞ-da sentyabr ayı üzrə pərakəndə satış və inflyasiya göstəricisi açıqlanacaq.

 

İnflyasiyanın səviyyəsindən asılı olaraq, dolların məzənnəsi ilin sonuna qədər öz hərəkət trayektoriyasını müəyyənləşdirəcək. Xatırladaq ki, dünən ABŞ-da istehsal qiymətləri indeksi gözləniləndən artıq olub və 0,4% təşkil edib. Həmçinin, işsizlik müavinəti üçün müraciətlər son 44 ilin minimal səviyyəsinə enib və 243 min nəfər təşkil edib.


Dünən açıqlanan müsbət göstəricilərin dolların məzənnəsinə təsirinin bugünkü inflyasiya göstəricisinin açıqlanmasından sonra olacağını bildirir. Əgər inflyasiya göstəricisi 0,2% proqnozdan artıq olarsa, dollar sürətlə möhkəmlənəcək. Əks halda, dolların ucuzlaşmağa davam edəcəyi və bu prosesin 2018-ci ilin ilk yarısının sonuna qədər davam edəcəyi mümkündür.


"Analitik təhlillər onu deməyə imkan verir ki, istehsal qiymətləri indeksinin artması bugünkü inflyasiya göstəricisinə də müsbət təsir edəcək. ABŞ-da qasırğalar səbəbindən benzin qiymətlərinin artması və saathesabı əmək haqqının yüksəlməsi inflyasiyanın artmasına səbəb olacaq. Əgər inflyasiya göstəricisi proqnozları üstələsə, FED-in dekabrda uçot dərəcəsini artırması dəqiqləşəcək. Bu da öz növbəsində əsas valyuta cütlüyü olan avro/dolların ilin sonuna qədər 1,14 USD/EUR səviyyəsinə kimi geriləməsinə gətirib çıxaracaq", - deyə analitiklər əlavə ediblər.


Qeyd edək ki, hazırda USD/EUR 1,1830 səviyyəsində qərarlaşıb.

 

© Report

13.10.2017 10:57

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ