Xalid Əhədov: "Güclü komanda ilə yola davam edirik"
"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) İdarə Heyətinin sədri Xalid Əhədov Abbas İbrahimov və Aqşin Əmirovun bankın menecmentinə təyin olunduğunu təsdiqləyib.
X. Əhədov bildirib ki, adıçəkilən şəxslər ABB-nin İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin olunublar: "Abbas da, Aqşin də ABB-dədir. İdarə Heyəti sədrinin müavini vəzifəsinə gətiriliblər. Bir qədər sonra komandamıza qoşulacaqlar. Onlar üçün yeni ştat yaradılıb. Güclü komanda ilə yola davam edirik".
Qeyd edək ki, Abbas İbrahimov bu təyinatadək "Bank of Baku" ASC-nin İdarə Heyətinin sədri, Aqşin Əmirov isə "Bank Respublika" ASC-nin İdarə Heyəti sədrinin müavini vəzifəsini tutublar. Beləliklə, bankın İdarə Heyəti sədrinin müavinlərinin sayı 5-ə çatıb.
Hazırda "Bank of Baku" ASC-nin İdarə Heyətinin sədri vəzifəsini Zaur Qaraisayev icra edir.
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 36 d. əvvəl
- 39 d. əvvəl
-
1 saat əvvəl
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycan dövləti 2024-cü ilin ilk 3 ayında 1 milyard 88 milyon manat borc ödəyib
- 1 saat əvvəl
- 16 saat əvvəl
- 18 saat əvvəl
-
18 saat əvvəl
“Kristal plaza Baku” restoranının fəaliyyəti məhdudlaşdırılıb
-
19 saat əvvəl
Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası
- 20 saat əvvəl