Azərbaycandan Çinə "NZS" ixracına başlanılıb
“Bir Pəncərə” İxraca Dəstək Mərkəzindən Çinə ixrac artır
Azərbaycanda spirtli içkilərin istehsalı ilə məşğul olan NZS şirkəti “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə Çinə 21 070 kq məhsul ixrac edib.
Şirkətin müraciəti əsasında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinə inteqrasiya olunan İqtisadiyyat Nazirliyinin nümayəndəsi ixracatçıya məhsulun mənşə sertifikatının verilməsini təmin edib.
Bu barədə məlumat verən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin PR meneceri Zənurə Talıbova bildirib ki, prosedurların sadəliyinə və bütün sənədlərin bir məkandan qısa müddətdə verilməsinə görə, getdikcə “Bir Pəncərə” İxraca Dəstək Mərkəzindən istifadə edən sahibkarların sayı artır.
Qeyd edək ki, “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi “Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2017-ci il tarixli Fərmanı əsasında yaradılıb.
“Bir Pəncərə” İxraca Dəstək Mərkəzində beynəlxalq baytarlıq və fitosanitar sertifikatları, keyfiyyət sertifikatı, mənşə sertifikatı, vəhşi fauna və yabanı flora növlərinin ixracı üçün icazə, mədəni sərvətin mühafizə şəhadətnaməsi və dini təyinatlı ədəbiyyatın ixracına razılıq sənədi verilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
2 saat əvvəl
Rabitəbankdan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək
-
2 saat əvvəl
Kənd təsərrüfatında ən premium brend sayılan FENDT nəhayət Azərbaycanda
- 2 saat əvvəl
-
3 saat əvvəl
"CulTech İnkubasiya Proqramı"-nın “Demoday” tədbiri keçirildi
- 3 saat əvvəl
-
5 saat əvvəl
COP29-un Azərbaycanda keçirilməsi ilə əlaqədar vergi güzəştləri müəyyənləşir
- 5 saat əvvəl
-
6 saat əvvəl
Hərbi xidmətdən yayınmanı təşkil edən şirkət direktoru barəsində cinayət işinin istintaqı tamamlanıb
-
6 saat əvvəl
Azərbaycan Sahibkarlar Konfederasiyasında yeni kadr təyinatı olub
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycanda elektron siqaretdən istifadənin qadağan olunması təklif edilir