Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

"Neftin qiyməti 80 dollara yüksələcək"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Neftin qiyməti 80 dollara yüksələcək"

 Bütün dünya üzrə neft sektoruna investisiyaların azaldığı bir dövrdə, "Brent" markalı neftin qiyməti yaxın 5 ildə cari qiymətlərə nisbətən 40% artaraq 80 dollar/barelə yüksələ bilər.


Bu açıqlamanı Nyu-Yorkda keçirilən mətbuat konfransında "S&P Global Platts" informasiya agentliyinin bölməsi olan "Pira Energy"nin qurucusu Qari Ros (Gary Ross) verib.


Q.Ros qeyd edib ki, ABŞ şist neft sektorunun inkişafı və elektromobillərin sayının artması ilə bağlı yaranan qeyri-müəyyənliklər neftin qiymətini daha da artırır: "İnvestisiyalar azalır. Şist neft və elektromobil sektorlarının inkişaf etdiyi dövrdə kim neftə investisiya yatırar?!"


Analitik hesab edir ki, hazırda neft ehtiyatlarının həcmi şişirdilir. OPEC neft ehtiyatlarının orta 5 illik neft ehtiyatlarından 170 mln. barel çox olduğunu bildirsə də, bu miqdar 50 mln. bareldən çox deyil və azalmağa davam edir.


"Artıq neft ehtiyatları absorbasiya olunub. Biz bir daha 30 dollar/barel səviyyəsini görməyəcəyik. Amma hələ ki, 50-60 dollar/barel qiyməti ilə yaşamağa davam edəcəyik",- deyə Ros bildirib.


Xatırladaq ki, neft sahəsində söz sahibi olan Q.Ros 2014-cü ildə neft qiymətlərində kəskin azalma proqnozunu verib.

 

© Report

13.10.2017 13:07

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ