"Elektrikli avtomobil inqilabı nefti 10 dollara salacaq"

"Longview Economics"in İcraçı direktoru Chris Watling-ə görə, gələcək 6 - 8 il ərzində alternativ enerji mənbələrinin investorları cəlb etməsilə, neftin qiymətləri daha da düşəcəkdir.  
 


"Marja" CNBC-yə istinadən xəbər verir ki, Watling, Səudiyyə Ərəbistanının enerji şirkəti "Saudi Aramco"nun 2018-in 2-ci yarısında birjaya çıxmasının (səhmlərinin 10%-i investorlara satılacaq) neft qiymətləri üçün əsas katalizator olacağını qeyd edib. Ekspert, "Neft 10 dollara qədər enmədən əllərini tez tutmalıdırlar" - deyib.


 
Neftin nəqliyyat sektorundakı payının 70%-ə yaxın olduğunu bildirən Watling, bu mənada elektrikli vasitələrin uzun müddət təsirlərinin kritik əhəmiyyətdə olduğunu vurğulayıb.


 
Watling gələcək bir neçə ayda neftin qiymətlərində kəskin azalma gözləmədiyini, gələcək 6 - 8 ildə isə neftin barrel qiymətinin 10 dollara düşəcəyini proqnozlaşdırıb.
 


Bu gün Brent neftin barrel qiyməti 57.40 dollardan, ABŞ xam neft isə 51.50 dollardan ticarət olunur.

13 Oktyabr 2017, 15:57   
Melissa Park
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin