Pambıq tədarükü 85 min tonu ötüb

Oktyabrın 13-dək pambıq qəbulu məntəqələrinə ölkə üzrə 85 min 818,79 ton məhsul təhvil verilib.

 

Dövlət Statistika Komitəsindən bildiriblər ki, oktyabrın 12-də 3524,04 ton pambıq tədarük olunub.

 

Pambıq tədarükündə əvvəlki kimi Saatlı rayonu öndədir. Rayon pambıqçıları indiyədək məntəqələrə 14726,60 ton məhsul təhvil veriblər. Biləsuvarda 10199,79 ton, Sabirabadda 8798,79 ton pambıq tədarük edilib.

 

2017-ci ildə 250-300 min ton pambıq tədarükü hədəflənir.

13 Oktyabr 2017, 16:12   
Melissa Park
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin