ABŞ-da inflyasiya proqnozdan aşağı qaldı

ABŞ-da Harvey qasırğasından sonra neft məhsulları qiymətlərindəki artım istehlakçı qiymətlərinin yüksəlməsinə təsir edib.

 

Əmək Nazirliyinin məlumatlarına görə, ABŞ-da Sentyabrda inflyasiya Avqust ayı ilə müqayisədə 0.5%, ötən ilin Sentyabr ayı ilə müqayisədə isə 2.2% artıb.

 

"Marja" xəbər verir ki, bu nisbətlər proqnozlardan aşağıdır.  
 
 

Gözlənti aylıq 0.6%, illik 2.3% artım idi.
 
 
Proqnozdan aşağı qalmasına baxmayaraq, aylıq artım 8 ayın ən böyük artımı kimi qeydə alınıb. Baza inflyasiya əvvəlki ay 0.2% artımdan sonra  0.1% artıb. İllik artım isə 1.7%-də qalıb. 


 
Enerji xərcləri 2009-cu ilin İyundan bəri ən böyük artımı qeyd edib.

 

Bundan başqa, ABŞ-da pərakəndə satışlar 2 ildən artıq müddətin ən böyük artımını qeyd edib. 

 

Ticarət Nazirliyinin məlumatlarına görə, pərakəndə satışlar Sentyabr ayında 1.6% artıb. Bu, 2015-in Mart ayından bəri görülən ən böyük artım kimi qeydə alınıb.
 


 Gözlənti 1.7% artım idi. Avtomobil xaric satışlar isə 0.9% proqnoza qarşılıq 1%  artıb. Pərakəndə satışların artmasına avtomobil satışları təsir edib.

13 Oktyabr 2017, 16:36   
Xezer İnshaat
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]