Dövlət büdcəsində 740 milyon manata yaxın kəsir yaranıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan dövlət büdcəsinin gəlirləri 12 milyard 45,1 milyon manat, xərcləri isə 12 milyard 783,7 milyon manat təşkil edib.


Marja” bu barədə Maliyyə Nazirliyinin təqdim etdiyi operativ məlumatlara istinadən xəbər verir.


Büdcənin icrasında 738,6 milyon manatlıq və ya ümumi daxili məhsulun 1,5%-i qədər kəsir yaranıb.

 

Qeyd edək ki, 2017-ci ilin yanvar-avqust aylarında dövlət büdcəsinin gəlirləri əvvəlki ilin eyni dövru ilə müqayisədə 30,3% artaraq 10 milyard 788,8 milyon manat, xərcləri isə 21,2% artaraq 11 milyard 327,5 milyon manat təşkil etmişdi. Büdcənin icrasında 538,7 milyon manatlıq kəsir  yaranmışdı.

 

Dövlət büdcəsinin kəsiri - dövlət büdcəsi xərclərinin gəlirlərlə təmin olunmayan məbləğidir. Adətən bu kəsir alınan borc hesabına bağlanır. Bildiyimiz kimi, Maliyyə Nazirliyi tez-tez dövlət istiqrazları yerləşdirməklə vəsait cəlb edir.

13 Oktyabr 2017, 17:31   
Melissa Park
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin