"Mətanət A” Satınalma mütəxəssisi vakansiyasını elan edir

"Mətanət A” şirkəti  Satınalma mütəxəssisi vakansiyasını elan edir


 

İşin təsviri:

 

-Şirkətin bütün struktur və bölmələrinin fasiləsiz təchizat təminatının həyata keçirilməsi;

-Avadanlıq, mal-material, ehtiyat hissələri, qida məhsullarının və xidmət tədarükçülərinin axtarışı, təhlili və seçimi;

-Çatdırılmanın, logistika və nəqliyyat nəzarətinin təşkili;

-Alınan malların keyfiyyətinə nəzarət.

 

Əmək haqqı: Razılaşma yolu ilə

 

Tələblər:

-Satınalma və təchizat sahəsində təcrübə (texniki biliyi olan, IT avadanlığı və hissələrin,  elektrik və elektronik malların və onların  ehtiyat hissələrinin alışı təcrübəsi olan,  beynəlxalq ticarəti bilənlərə üstünlük verilir);

-Ali təhsil;

-Yaxşı analitik və ünsiyyət bacarıqları, danışıqların aparılma bacarıqları (ingilis dilini bilməsi mütləqdir, rus dilini bilənlərə üstünlük verilir);

-Qiymətlərin formalaşdırılması metodları və strategiyasını bilməli;

-Satınalma sənədlərini hazırlama qabiliyyəti;

-Satınalma müqavilələri ilə işləmə bacarığı;

-Gömrüklə işləmə təcrübəsi;

-Yüksək məhsuldarlıq və irihəcmli informasiyalarla işləmə qabiliyyəti;

-Kompyüter biliyi;

-Xarici və daxili ezamiyyətlərə getmə imkanı.

 

Qeyd

- İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur;

- Anket məlumatlarına yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar   olunan şəxslər işə götürülmürlər;

- CV-ləri [email protected] ünvanına göndərin.

13 Oktyabr 2017, 17:47   
Xezer İnshaat
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]