Ən yuxarı statik reklam-3_3
Mobil manşet üstü reklam_21

Hasilat sənayesində şəffaflığın təmin edilməsi sahəsində icraçı qurum dəyişdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Hasilat sənayesində şəffaflığın təmin edilməsi sahəsində icraçı qurum dəyişdi

Açıq Hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planında hasilat sənayesində şəffaflığın təmin edilməsi ilə bağlı tədbirlərin icrasına məsul olan qurum dəyişib.


 
Azərbaycan prezidenti İlham Əliyev bununla bağlı bu gün “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nda dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb.
 


Azərbaycan prezidenti tərəfindən 27 aprel 2016-cı il tarixli sərəncam təsdiqlənmiş “Açıq Hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nında Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqinə dair Çoxtərəfli Qrupun fəaliyyətinin dəstəklənməsi, əməkdaşlığın davam etdirilməsi və təlimlərin keçirilməsi ilə bağlı məsul icraçı qurum olaraq Dövlət Neft Fondu müəyyənləşdirilmişdi. Dəyişikliyə əsasən isə 2017-2018-ci illərdə beynəlxalq prinsiplərə uyğun olaraq, hasilat sənayesində şəffaflığın təmin edilməsi məqsədilə tədbirlər görülməsi, qeyri-hökumət təşkilatları, özəl sektorun nümayəndələri və müstəqil ekspertlərlə əməkdaşlığın davam etdirilməsi ilə bağlı tədbirlərin icrasına məsul qurum Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiya olacaq.


 
Qeyd edək ki, bu ilin mart ayında Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünün Kolumbiyanın Boqota şəhərində keçirilən kollegiya iclasında Azərbaycanla bağlı arzuedilməz qərar qəbul edilib və bundan sonra  qərara etiraz olaraq Azərbaycan qurumdan çıxması barədə bəyanat verib. Aprelin 5-də Azərbaycan prezidenti “Hasilat sənayesində şəffaflığın və hesabatlılığın artırılması ilə bağlı əlavə tədbirlər haqqında” fərman imzalayıb. Fərmana əsasən Azərbaycan Respublikasının hasilat sənayesində şəffaflığın və hesabatlılığın təmin edilməsi məqsədilə Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiya yaradılıb.


 
Komissiyanın sədri Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsumovdur. 

13.10.2017 16:54

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ