Ən yuxarı statik reklam-3_3
Mobil manşet üstü reklam-3_21

"Shell" biganə qalmadı - Avropanın ən böyüyünü satın aldı

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Shell" biganə qalmadı - Avropanın ən böyüyünü satın aldı

2016-ci ildə 233.6 milyard dollar satışı olan dünyanın ən böyük neft və qaz şirkətlərindən "Shell", elektrikli avtomobil bazarının inkişafına biganə qalmadı. Verilən açıqlamaya görə, Avropanın ən böyük elektrik enerjisi doldurma stansiyası şirkəti "New Motion"u satın alıb. 


 

Dünyanın ən böyük neft və qaz istehsalçılarından biri olan İngiltərə - Hollandiya şirkəti "Shell", elektrikli avtomobil bazarının sürətlə inkişaf etməsi və neft sənayesini təhdid etməyə başlamasını nəzərə alaraq Hollandiyanın "New Motion" şirkətini satın almaq üçün razılaşma əldə edib.
 

"Marja" xəbər verir ki, 22 ölkədə 50 mindən çox elektrik enerjisi yığma məntəqəsi olan "New Motion", Avropanın ən böyük elektrik enerjisi yığma stansiyası təchizatçısı mövqeyindədir.

 
2009-ci ildə yaradılan və bu ana qədər ümumilikdə 14 milyon avro həcmində fond toplayan "New Motion" təşəbbüsü, hazırda gündə 23 min dəfə doldurma xidməti göstərir. Şirkətin məlumatlarına görə, bu ana qədər 60 milyon litr neft istismarının və 120 min ton CO2 emissiyanın qarşısı alınıb.

 
100 mindən çox yükləmə kartı olan "New Motion", satınalmaya  baxmayaraq öz adı ilə fəaliyyət göstərəcək və "Shell" adını almayacaq.
 

"Shell" isə satınalmada məqsədinin malik olduğu 45 min yanacaqdoldurma stansiyasının elektrik doldurmaya inteqrasiya etmək olduğunu bildirib. Satınalmanın maliyyə dəyərinə dair isə hər hansı bir açıqlama edilməyib.


 
2016-ci ildə 233.6 milyard dollar satış edən nəhəng şirkətin bu həmləsinin, indiyə qədər neft sənayesinin elektrikli avtomobil bazarına yönəlmiş ən böyük təşəbbüsü olduğu bildirilir. Digər nəhəng şirkətlərin də bu addımı izləyəcəyi güman edilir.

13.10.2017 19:47

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ