Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

ABŞ-da qazılan neft quyuları azalıb - NEFT BAHALAŞIB

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ-da qazılan neft quyuları azalıb - NEFT BAHALAŞIB
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ-ın neft sənayesinin görünüşü və qısa dövr xam neft hasilatı haqqında göstərici kimi qəbul edilən qazılan quyuların sayı bu həftə geriləyib.

 
"Marja" xəbər verir ki, dünyanın ən böyük neft sahəsi xidmət şirkətlərindən biri olan "Baker Hughes"ın dərc etdiyi həftəlik məlumatlara görə, bu həftə Amerikanın neft sənayesində qazılan quyuların sayı 5 ədəd azalaraq, 9-13 Oktyabrı əhatə edən həftədə 743-ə düşüb.


 Beləliklə, ölkədə qazılan neft quyularının sayında son 6 həftədə 5 dəfə azalma baş vermişdir.


 
ABŞ-da qazılan neft quyularının sayı 2014-cü ilin Oktyabr ayında 1609-a qalxmışdı. Aşağı neft qiymətlərinin Amerika neft sənayesinə mənfi təsir etməsilə keçən ilin may ayında 316-ya geriləyərək tarixi bir azalma qeyd etmişdi.


 
 Bundan başqa, ABŞ-ın xam neft hasilatı da keçən həftə azalıb.


 
ABŞ Enerji İnformasiya İdarəsinin (EIA) cümə günü açıqladığı məlumatlarına görə, ABŞ-ın xam neft hasilatı keçən həftə gündəlik orta hesabla 81 min barrel azalma ilə 9,48 milyon barrelə enib. Beləliklə, ABŞ-ın xam neft istehsalı 4 həftə ardıcıl yüksəliş göstərməsinin ardından geriləmişdir.


 
EIA-nınoktyabr ayı hesabatına görə, ABŞ-ın xam neft hasilatının bu il gündəlik orta hesabla 9,2 milyon, gələn il 9,9 milyon barrel olması nəzərdə tutulur.

 

Qazılan quyuların sayının azalmasıilə, neft qiymətləri yüksəlib. Brent nefti həftəni 1,6% bahalaşma ilə 57,17 dollardan bağlayıb.

14.10.2017 07:23

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ