Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Facebook yemək sifarişi almağa başlayır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Facebook yemək sifarişi almağa başlayır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Sosial media nəhəngi Facebook, ABŞ-da yemək sifarişi qəbuletmə xidmətinə başlayacağını bildirib.


 
"Marja" Facebook-un yaydığı açıqlamaya istinadən xəbər verir ki, istifadəçilərin ətraflarındakı restoranları Facebook üzərindən görə biləcəyi, sifarişlərin "evə təslim" və ya "restorandan al" variantları ilə müştərilərə çatacağı qeyd olunub.


 
 Açıqlamada, istifadəçilərin, ətrafındakı restoranlar haqqında dostlarının şərhlərini də oxuya biləcəyi vurğulanıb.


 
Açıqlamada, ABŞ-dakı restoranlardan Papa John's, Wingstop, Panera, Jack in the Box, TGI Friday's, Denny's, El Pollo Loco, Chipotle, Jimmy John's və Five Guys-ın Facebook istifadəçilərinə "evə təslim" variantını təqdim edəcəyi bildirilib.

 

Delivery.Com, Doordash, Chownow, Zuppler, Eatstreet, Slice və Olo adlı internet saytları ilə razılaşmış restoranlardan da istifadəçilərin sifariş verə biləcəyi qeyd olunub.


 
Facebook-un yemək sifarişi xidmətindən şəxsi kompüterlər, Android və iOS əməliyyat  sisteminə malik cihazlardan istifadə edilə bilinəcəyi vurğulanıb.
 


Facebook-un yeni xidməti sayəsində istifadəçilərinə daha çox restoran variantını bir yerdə təqdiminə diqqəti çəkən mütəxəssislər, şirkətin həmçinin, istifadəçilərini daha uzun müddət öz saytında saxlamağı qarşısına məqsəd qoyduğunu qeyd edir.

14.10.2017 08:46

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ