Alkoqollu içkilər iştahanı artırır

Böyük Britaniya tədqiqatçıları alkoqollu içkilərin iştahanı artırdığını kəşf ediblər.

 

bbc.com xəbər verir ki, siçanlar üzərində aparılan təcrübədə spirti içkilərin beyin siqnallarını aktivləşdirdiyi məlum olub. Alimlər bunun neyronal reaksiyasının olduğunu söyləyirlər. Siçanlara üç gün ərzində bol miqdarda alkoqol verilib. AGRP adlanan neyronların aktivliyinin artması nəticəsində siçanların normadan çox qida qəbul etdiyi müşahidə edilib.

 

Tədqiqatçılar neyronların fəaliyyətini dərmanla bloklayaraq təcrübəni təkrarlayıblar. Lakin siçanlar bu dəfə əvvəlki kimi çox yeməyiblər.

 

Azərtac

11 Yanvar 2017, 19:29   
Xezer İnshaat
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, info@marja.az