Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Alibaba-nın yeni investisiya 15 milyard dolları aşacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Alibaba-nın yeni investisiya 15 milyard dolları aşacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Onlayn alış-veriş nəhəngi Amazon-un Çinli rəqibi Alibaba, gələcək üç ildə, yeni texnologiyalara uyğunluğu artırmaq üçün qlobal tədqiqat və inkişaf proqramına 15 milyard dollardan artıq sərmayə qoyacağını bildirib.

 

Reklam_3_11

"Marja" xəbər verir ki, bu məbləğ, şirkətin 2014- 31 Mart 2017 dövründə tədqiqat və inkişaf proqramlarına etdiyi investisiyadan iki dəfə çoxdur.


Qısa adı DAMO olan (Academy for Discovery, Adventure, Momentum and Outlook) proqram çərçivəsində Çinin Pekin və Hangzhou, ABŞ-ın San Mateo və Bellevue şəhərlərində, Rusiyanın paytaxtı Moskvada, İsrailin paytaxtı Təl-Əviv və Sinqapurda yeddi tədqiqat laboratoriyası qurulacaq və 100 nəfər çalışacaq.

 

Laboratoriyalarda məlumat kəşfiyyatı, əşyaların interneti, maliyyə texnologiyaları, kvant kompüter proqramı, insan-maşın əlaqəsi, kompüterli öyrənmə və təbii dil inkişaf etdirmək kimi məsələlər araşdırılacaq.

 

Proqram müddətində Kaliforniya və Berkli kimi universitetlərlə əməkdaşlıq edilməsi planlaşdırılır. Proqram 20 il içərisində 100 milyon məşğulluq yaradılacaq.


 
Alibaba-dan verilən açıqlamada "Proqram, yeni nəsil texnologiyaların inkişaf etdirilməsini təmin edərək, Alibaba-nın böyüməsinə kömək edəcək", - bildirib.


 
Goldman Sachs-ın yaydığı hesabata görə, Çin, başda süni zəka (robot) olmaq üzrə bir çox qabaqcıl texnologiyaya investisiya qoyuluşlarını artıracaq. Ölkənin digər texnologiya şirkətləri Baidu və Tencent də daha əvvəl araşdırma, inkişaf etdirmə laboratoriyalarını yaradacağını açıqlamışdı.

14.10.2017 15:00

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ