Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

"Naftalanda otellər turistlərlə doludur"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Naftalanda otellər turistlərlə doludur"

2017-ci ilin doqquz ayında Naftalanda dincələn və müalicə olunan turistlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 59 faiz çox olub.

 

"Marja" xəbər verir ki, bunu Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov bildirib.

 

2017-ci ilin hesabat dövründə şəhərin turizm obyektlərində 27 min 402 turist qeydə alınıb ki, bunun da 6 min 538 nəfəri dünyanın 60-dək ölkəsindən gələn vətəndaşlardır. Xarici ölkələrdən gələnlərin sayı da 2016-cı ilin müvafiq dövrünə nisbətən 76 faiz artıb.

 

"Hazırda şəhərdə fəaliyyət göstərən 3 və 5 ulduzlu 10 sanatoriya, istirahət və müalicə mərkəzi turistlərlə doludur. Bu turizm obyektlərində gün ərzində 2 min 200 qonağı qarşılamaq, onlara yüksək səviyyədə xidmət göstərmək mümkündür",- Natiq Aslanov deyib.

14.10.2017 15:10

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ