Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Hava şəraiti qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Hava şəraiti qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Oktyabrın 16-da respublika ərazisində gözlənilən hava şəraiti açıqlanıb.


 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti xəbər verir ki, Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, hava əsasən yağmursuz keçəcək.
Lakin günün ikinci yarısında arabir yağış yağacağı gözlənilir. Axşam bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 13-16° isti, gündüz 17-21° isti,Bakıda gecə 14-16°, gündüz 18-20° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 755 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək.

Nisbi rütubət gecə 75-85 %, gündüz 60-70 % olacaq.


Xəbərdarlıq


Oktyabrın 16-sı günün ikinci yarısından 17-si gündüzədək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, şimal-qərb küləyinin güclənəcəyi, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 4-7° aşağı enəcək.


Azərbaycanın rayonlarında gözlənilən hava şəraiti


Şimal və qərb rayonlarından başlayaraq şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Səhər saatlarında duman. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 9-14°, gündüz 18-23° isti, dağlarda gecə 2-7°, gündüz 7-11° isti olacağı gözlənilir.

15.10.2017 11:11

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ