Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Rusiyada dabaq HƏYƏCANI - Təhlükə Azərbaycana nə qədər yaxındır?

iç səhifə xəbər başlığı altı (mobil)_31
Rusiyada dabaq HƏYƏCANI - Təhlükə Azərbaycana nə qədər yaxındır?
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) Rusiyanın Başqırdıstan Respublikasında qoyunlar arasında aşkarlanan dabaq xəstəliyinin ölkəmizə keçə bilmə ehtimallarına aydınlıq gətirib.

 

DBNX-nin mətbuat katibi Yolçu Xanvəli açıqlamasında aşkarlanan xəstəliyin ölkəmiz üçün təhlükəli olmadığını deyib.

 

Onun sözlərinə görə, Azərbaycan Başqırdıstandan heç bir heyvan və heyvan mənşəli məhsul idxal etmir:

 

"Buna görə də ölkəmiz üçün narahatlıq yoxdur. Azərbaycanda dabaq xəstəliyi ilə əlaqədar epizootik vəziyyət normaldır. Heyvanlar arasında da yaz və payız peyvəndləri həyata keçirilib".

 

Qeyd edək ki, Başqırdıstanın bir neçə kəndində qoyunlar arasında dabaq xəstəliyi qeydə alınıb.

 

İlkin araşdırmalara əsasən, xəstəliyin Orta Asiya ölkələrindən gətirilən heyvanlardan keçdiyi məlum olub.

 

Xəstə heyvanların Qazaxıstan və ya Qırğızıstandan icazəsiz keçirildiyi ehtimal olunur. Bununla bağlı Başqırdıstan Prokurorluğu cinayət işi başlayıb.

 

© Trend

16.10.2017 07:22

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ