Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Azərbaycanın velosiped zavodu iri sifariş aldı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın velosiped zavodu iri sifariş aldı

Qafqazdakı yeganə velosiped zavodu olan "Isma Bikes" iki ay əvvəl Batumidən (Gürcüstan) dağ turizmi üçün 10 min ədəd velosiped sifarişi alıb.

 

Bunu jurnalistlərə açıqlamasında İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov deyib.


M.Sadıqov İsmayıllıya gələn turistlərin sayının artdığını da deyib:

 

"Lahıc qəsəbəsinə gələn turistlərin sayı artıb. Rəsmi statistikaya görə, bu il turistlərin sayı 33 min nəfərdir. Amma rayon Statistika İnformasiya İdarəsinin məlumatında isə bu rəqəm 83 min olaraq göstərilib".


İcra başçısı qeyd edib ki, Lahıcda əhalinin azalmaması naminə onların məşğulluğu üçün imkanlar yaratmaq lazımdır:

 

"Əgər desələr, Lahıcda ticarətlə məşğul olanlar zəif dolanır, bilin ki, yalan deyir. Əgər Lahıca gələn hər turist burada cəmi 3 manat pul xərcləsə, bu, ildə minimum 15-20 min manat deməkdir. Bunu inkişaf etdirmək üçün buranın inkişaf planı olmalıdır. Təəssüf ki, ustalarımız bu gün suvenirlər hazırlamağa keçiblər. "Tefal" qazanlar çıxandan qədim kəfkir, aşsüzən moddan düşüb. İndi brasletə, suvenirlərə keçməklə elə bil sənətkarlıq başqa cür formalaşıb. Vaxtı ilə buranın 15-20 min əhalisi olub, indi isə 3 min nəfərə yaxındır. Cavanlar gedib Bakıda günü 15 manata fəhlə işləyir. Əgər burada gündə 10-15 manat qazansa, öz yerində qalacaq".


M.Sadıqov İsmayıllı ərazisində atçılıq turizminin inkişaf etdirilməsi üçün işlər görüldüyünü də bildirib.

 

© Report

16.10.2017 08:00

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ