Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

"Bəzi şirkətlər frontend peşəsinə ciddi yanaşmırlar"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Bəzi şirkətlər frontend peşəsinə ciddi yanaşmırlar"

-Apamark Marketinq və PR şirkətinin Frontend üzrə mütəxəssisi Rövşən Şirinzadə ilə müsahibə.


 

Reklam_3_11

-Frontend mütəxəssisi olaraq Azərbaycan frontend bazarındakı bu günkü vəziyyəti necə qiymətləndirirsiniz?

 

-Dünya miqyasında frontend sahəsinə olan marağın, diqqətin artdığı, yeni css-js “framework” (freymvörk)-lərin çıxdığı bir dövrdə Azərbaycanda bu sahəyə ciddi yanaşılmır. Düzdür bu gün ölkədə bu istiqamət üzrə kurslar fəaliyyət göstərsə də, oranı bitirənlər ya ölkə xaricinə can atır, ya da freelance (frilans) olaraq işləməyə üstünlük verirlər. Bu gün bəzi şirkətlər layihənin frontend və “backend” (bəkend) tərəfini eyni şəxsə gördürürlər. Nəticədə həm layihə gecikir, həm də ortaya keyfiyyətsiz işin çıxması riski yaranır. Əslində isə hər iki tərəf ayrı-ayrılıqda öz işinə fokuslanmalıdır ki, işin icrası zamanı texniki yanlışlıqlar olmasın. Bundan əlavə hər iki işi görən şəxs yeni çıxan framework-ləri öyrənməyə vaxtı qalmadığından yerində saymağa başlayır və bir işçi olaraq əmək bazarının tələblərini qarşılamır. 2-3 ildən sonra isə həmin şəxs və ya şəxslər əmək bazarını özü də bilmədən tərk etməli olur. Azərbaycanda informasiya texnologiyaları sahəsi biraz dar bazardır. Burada hər kəs bir-birini qiyabi də olsa tanıyır və işini gizli də olsa qiymətləndirir. Ona görə də yarımçıq və ya keyfiyyətsiz iş görənlər həmin dəqiqə aşkar olunaraq dil marketinqi vasitəsilə bazardan çıxardılır.

 

-Veb dizayner, Frontend və Backend bu bir komanda işidir yoxsa, ayrı-ayrılıqda da çalışmaq olar?

 

-Bu üç sahənin mütəxəssisləri layihələrin icrası zamanı ayrılmaz 3-lükdür. Bu 3 nəfərdən birinin olmaması işin yarımçıq qalması deməkdir.

 

İstənilən müxtəlif təyinatlı veb, mobil və ya tətbiqlərin hazırlanması zamanı ilk öncdə dizayner layihəni “grid” (qrid)-ə uyğun şəkildə dizayn edir. Dizaynerin grid-lə işləməsi frontend-in işini asanlaşdırır və işin daha tez bitməsinə kömək edir. Frontend də öz növbəsində kodu yazarkən proqramçının işini asanlaşdıracaq şəkildə yazmalıdır. Bəzən olur ki, bizə işin hər mərhələsi fərqli şəxslər tərəfindən icra olunmuş amma yarımçıq qalmış layihələri başa çatdırmaq üçün müraciət edirlər. Layihəni öz üzərimizə götürməmişdən əvvəl hər 3 şəxsin köməyi ilə onu analiz edərək qiymət formalaşdırıb müştəriyə təqdim edirik. Layihənin həcmindən asılı olaraq müştəriyə təqdim olunan qiymət onun gözlədiyi rəqəmi üstələyəndə isə müştəri narazılıq edir. Bu kimi narazıçılıqların yaranmaması üçün şirkətlər öz layihələrini müqavilə əsasında texniki imkanları geniş olan şirkətlərə həvalə etməlidir. Əks halda rəqəmsal dünyanın biznesə inteqrasiya olunduğu bir dövrdə hər hansı bir satışdan, irəliləyişdən və ya müştəri məmnuniyyətindən danışmaq doğru olmazdı.

 

-Hər hansı bir layihəni sıfırdan yazmaq daha asandır yoxsa, digər bir frontend-in yığdığı kodları redaktə etmək?

 

-Burada asan və ya çətin məsələsi deyil, işin keyfiyyətli və səliqəli şəkildə görülərək proqramçıya ötürülməsi əsas şərtdir. Hər bir frontend üzrə mütəxəssisin özünün kod yazma üslubu var. Bir frontend mütəxəssisi olaraq bir layihənin sıfırdan sona qədər 1 nəfərin görməsinin tərəfdarıyam. Belə olduğu halda yazılan kodlar səliqəli olur və hansı “class”-ı nə üçün istifadə etdiyini daha yaxşı görürsən. Dəyişiklik lazım olduqda isə işin gedişatına təsir etmədən tez və səliqəli şəkildə həll edə bilirsən.

 

Digər bir frontend-in işini davam etdirmək həm çətindir, həm də vaxt aparır.  Çünki hansı layihənin frontend tərəfini icra etmiş şəxsin layihədə hansı class-ı harda istifadə etdiyini analiz etmək, səhv olduğu təqdirdə onu düzəltmək və ya yenisini yazaraq sonradan digər mobil cihazlarda test etmək olduqca daha çox vaxt aparır. Bu da sonda layihənin ümumi təhvil vermə vaxtına təsir edir.

16.10.2017 08:06

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ