Ən yuxarı (mobil)-2_30

Azərbaycandan Rusiyaya ixrac missiyası təşkil olunur - SƏNƏD QƏBULU

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycandan Rusiyaya ixrac missiyası təşkil olunur - SƏNƏD QƏBULU

Rusiyaya təşkil olunacaq ixrac missiyasında iştirak üçün sənəd qəbulu elan olunub.

 

Reklam_3_11

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Rusiya Federasiyasına təşkil olunacaq ixrac missiyasında iştirak üçün ixracatçıların müraciətlərinin qəbulunu elan edir.

 

Tarix: 14-17 noyabr 2017-ci il

İxrac missiyasının əhatə etdiyi sahələr:

 

Meyvə-tərəvəz; Konservləşdirilmiş məhsullar; Təbii meyvə şirələri; Qənnadı məhsulları; Qurudulmuş meyvə; Süd və süd məhsulları; Ət və ət məhsulları;

 

İxrac missiyasında iştirak edəcək ixracatçılar müsabiqə əsasında seçiləcəkdir.

 

Müsabiqənin təşkilatçısı: İqtisadiyyat Nazirliyi - Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO).

 

Müsabiqə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Kollegiyasının 2016-cı il 18 oktyabr tarixli qərarı ilə təsdiq edilmiş "Dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsi üçün müsabiqənin təşkili və keçirilmə Qaydası" əsasında 3 noyabr 2017-ci il tarixində AZPROMO-da təşkil olunacaq.

 

Seçim meyarları:

 

ixracatçının nümayiş olunacaq məhsulları üzrə istehsal potensialı – 10 bal; nümayiş olunacaq məhsulların hədəf ölkəyə ixrac potensialı – 10 bal; sahibkarın əvvəllər ixrac təcrübəsinin olub-olmaması (2016-cı ildə ixrac etdiyi məhsullarının həcmini göstərməklə) – 5 bal;

 

Meyarların cəmi üzrə minimum keçid balı - 20 bal.

 

İxrac missiyasında iştirak etmək üçün AZPROMO-ya aşağıdakı sənədlər təqdim edilməlidir:

 

ərizə; sahibkarın istehsal potensialı və əvvəllər ixrac təcrübəsinin olmasına dair sənədlər və ya məlumatlar;

 

Sənədlər aşağıdakı ünvan üzrə 18 oktyabr 2017-ci il tarixinədək təqdim olunmalıdır: Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Bakı Biznes Mərkəzi, Neftçilər pr. 32, Bakı, AZ1000.

 

Əlavə məlumat üçün:

Fuad Cəfərov
AZPROMO - İxracın Təşviqi Departamentinin direktoru
Tel: +99412 5980147/48 (daxili 141)
E-mail: [email protected]

E-mail: [email protected]

 

16.10.2017 08:38

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ