"4 faizlik marja ləğv edilib, banklara məktub göndəriləcək"

“Mərkəzi Bank artıq 4 faizlik marjanı ləğv edib və bu qərarın nə zaman qüvvəyə minməsi ilə bağlı banklara ayrıca rəsmi məktub göndəriləcək”.

 

“Marja” xəbər verir ki, bunu Facebook səhifəsində iqtisadçı Vüqar Bayramov yazıb.

 

“Bu isə o deməkdir ki, liberal məzənnəyə keçid çox qısa zamanda reallaşacaq. Mümkündür ki, növbəti hərraclarda artıq liberal məzənnə prinsipinə uyğun proseduralar tətbiq edilsin. Bu halda isə manatın dollara nisbətən məzənnəsinin azalacağı gözlənilir”.

 

İqtisadçı bildirib ki, marja ləğv edilirsə Azərbaycan  liberal üzən məzənnəyə keçir. Amma Mərkəzi Bank bunu cari tələbi ödəmədən həyata keçirərsə, hətta Neft Fondunun baş banka bu ilki 7.5 milyard manatlıq transferlərinə baxmayaraq manatın dəyər itirməsinin qarşısını almaq mümkün olmayacaq:

 

"Liberal məzənnənin bu ilin yaz aylarında tətbiq olunması güman edilirdi. Amma belə görsənir ki, bu daha tez baş verə bilər. Amma Mərkəzi Bankın qısa zamanda liberal məzənnəyə keçidi heç də arzuolunan deyil. Təəssüf ki, ötən 2 il yarım müddətdə milli valyutamız liberal məzənnə rejiminə hazırlaşdırılmadı. Liberal məzənnəyə keçid yaxın zamanlarda baş verərsə o zaman dolların yenidən bahalaşmasını müşahidə edəcəyik".

11 Yanvar 2017, 22:19   
Xezer İnshaat
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]