Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

“Unibank”ın İdarə Heyətində dəyişiklik olub

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Unibank”ın İdarə Heyətində dəyişiklik olub

“Unibank” ASC-nin İdarə Heyətinin üzvü Emin Rəsulzadə uzun illər davam edən fəaliyyətindən sonra Bankdan ayrılıb. Bunu açıqlamasında “Unibank”ın İdarə Heyətinin sədri Faiq Hüseynov deyib.


F.Hüseynovun sözlərinə görə, bu qərar Bankın səhmdarların oktyabrın 13-də keçirilən növbədənkənar yığıncağında qəbul edilib.


“Unibank rəsmisi deyib ki, E.Rəsulzadənin yerinə Vəfa Kələntərovanın namizədliyi təsdiq edilib.


Xatırladaq ki, "Unibank" ASC 2002-ci ildə Azərbaycanın iki kommersiya bankı - 1992-ci ildən fəaliyyət göstərən "Mbank" və 1994-cü ildən mövcud olan "Promtexbank"ın birləşməsi ilə yaradılıb, nizamnamə kapitalı hazırda 119,686 mln. manatdır. Bankın səhmlərinin 41,906%-i Eldar Qəribova (Müşahidə Şurasının sədri), 2,5993%-i Zemfira Cəfərovaya, 19,4133%-i Avropa Yenidənqurma və İnkişaf Bankına, 24,3668%-i Almaniyanın “DEG” investisiya və inkişaf cəmiyyətinə, 7,9815%-i adları açıqlanmayan qeyri-rezident hüquqi şəxslərə, 2,2953%-i adları açıqlanmayan qeyri-rezident fiziki şəxslərə, 1,4378%-i isə yerli minoritar səhmdarlara məxsusdur.

 

© Report

16.10.2017 12:02

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ