Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Xalq Bank növbəti bölgə filialını açıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Xalq Bank növbəti bölgə filialını açıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

16 oktyabr 2017-ci il tarixindən etibarən ASC “Xalq” Bankının Göyçay şəhərində yeni filialı fəaliyyətə başlayıb. Bu barədə "marja"ya bankdan bildirilib. 

 

“Göyçay” filialı Bankın sayca iyirmi doqquzuncu, regionlarda fəaliyyət göstərən iyirmi birinci filialıdır.

 

Yeni filial əhaliyə, sahibkarlara və bölgədə fəaliyyət göstərən müəssisələrə əmanətlər, müxtəlif növ kreditlər, valyuta-mübadilə, plastik kartlar, hesablaşma-kassa və təcili pul köçürmələri üzrə əməliyyatlar da daxil olmaqla tam spektr bank xidmətlərindən yararlanmaq imkanı verir. Filial, Göyçay şəh., H.Əliyev pr., 60 ünvanda yerləşir. Telefon: (02027) 4-62-06; Faks: (02027) 4-62-07.

 

Filial şəbəkəsinin inkişafı Xalq Bankın inkişaf strategiyasının əsasını təşkil edən istiqamətlərdən biridir. Hazırda Bankın Bakıda və regionlarda 29 filialı fəaliyyət göstərir. Bank filial şəbəkəsinin genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək.

16.10.2017 12:07

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ