Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

"Unibank"ın səhmdarlarının pay bölgüsü yenidən dəyişəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Unibank"ın səhmdarlarının pay bölgüsü yenidən dəyişəcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Unibank" ASC-nin nizamnamə kapitalının 21 mln. manat artırılmasından sonra Bankın səhmdarlarının pay bölgüsündə dəyişikliklər olacağı gözlənilir. Dəqiq bölgünü yaxın vaxtlarda biləcəyik”. 


Bunu açıqlamasında “Unibank”ın İdarə Heyətinin (İH) sədri Faiq Hüseynov deyib.


O, bundan əvvəlki, təxminən, 49 mln. manatlıq kapital artımının yekununda olduğu kimi bu dəfə də xarici səhmdarların payının 50%-dən çox olmayacağını deyib:

 

"İnanmıram ki, bu, baş versin. Hazırda yerli səhmdarların payı 50%-dən yuxarıdır. Yeni 21 mln. manatlıq kapital qoyuluşu reallaşdıqdan sonra da üstünlük yerli səhmdarlarda olacaq”.


İH-nın sədri həmçinin bildirib ki, “Unibank”a yeni səhmdarların cəlb edilməsi ilə bağlı məhdudiyyət yoxdur: Bununla belə, onun sözlərinə görə, Bankın kapitalının artırılmasında yeni səhmdarlar iştirak etmir: "Kapital artımı məhz mövcud olan səhmdarların hesabına mümkün olub”.


Xatırladaq ki, "Unibank" ASC 2002-ci ildə Azərbaycanın iki kommersiya bankı - 1992-ci ildən fəaliyyət göstərən "Mbank" və 1994-cü ildən mövcud olan "Promtexbank"ın birləşməsi ilə yaradılıb. Hazırda onun nizamnamə kapitalı 119,686 mln. manatdır. Bankın səhmlərinin 41,906%-i Eldar Qəribova (Müşahidə Şurasının sədri), 2,5993%-i Zemfira Cəfərovaya, 19,4133%-i Avropa Yenidənqurma və İnkişaf Bankına, 24,3668%-i Almaniyanın “DEG” investisiya və inkişaf cəmiyyətinə, 7,9815%-i adları açıqlanmayan qeyri-rezident hüquqi şəxslərə, 2,2953%-i adları açıqlanmayan qeyri-rezident fiziki şəxslərə, 1,4378%-i isə yerli minoritar səhmdarlara məxsusdur.

 

© Report

16.10.2017 13:10

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ