Ən yuxarı statik reklam_3

Bank Respublika yenidən məşhur sistemə qoşuldu

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bank Respublika yenidən məşhur sistemə qoşuldu

Bank Respublika “Zolotaya korona” sistemi üzrə təcili pul köçürmələrini bərpa edib.

 

MDB və digər xarici ölkələri əhatə edən sistem vasitəsilə pulköçürmə xidmətləri hal-hazırda bankın bütün filiallarında göstərilir.

 

Bank Respublika müştəriləri üçün bu sistem vasitəsilə MDB və digər xarici ölkələrə 1%-dən başlayan (göndərilən məbləğ və istiqamətdən asılı olaraq) tariflərlə sərfəli şərtlərlə 10 dəqiqə ərzində pul köçürmək imkanı yaradılıb.

 

Müştərilər vəsaitləri üç valyutada - ABŞ dolları, Avro və Rusiya rublunda ani məqamda göndərə və ala bilərlər. Onu da qeyd edək ki, bankın filiallarında köçürmə əməliyyatları etdikdə valyuta mübadiləsi üçün çox sərfəli məzənnələr təklif olunur.

 

“Zolotaya Korona” sistemi ilə pul köçürmək üçün şəxsiyyəti təsdiq edən sənədi təqdim etmək, bank tərəfindən təqdim olunan müvafiq blankı doldurmaq tələb olunur. Daha sonra müştəriyə 9 rəqəmli kod verilir, pulu alan şəxs həmin kodu təqdim edən kimi köçürməni ala bilər.

16.10.2017 13:08

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ