Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Gömrüyün rəhbəri ilə biznes-forum keçiriləcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Gömrüyün rəhbəri ilə biznes-forum keçiriləcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

25 oktyabr 2017-ci il tarixdə Caspian European Club çərçivəsində Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin iştirakı ilə biznes-forum təşkil olunacaq.

 

Reklam_3_11

Bu barədə Caspian European Club və Caspian American Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev məlumat verib.

 

Onun sözlərinə görə, biznes-forumda Klubun şirkət rəhbərlərinin gömrük nizamlanması və gömrük rejiminin sadələşdirilməsi məsələləri üzrə təşəbbüs və təklifləri müzakirə ediləcək. Telman Əliyev qeyd edib ki, forum çərçivəsində biznesmenlər həmçinin gömrük sahəsi ilə bağlı onları maraqlandıran suallara cavab tapmaq imkanı əldə edəcəklər.

 

Biznes-forumda yalnız Caspian European Club  və Caspian American Club-un saytında aşağıdakı link üzrə qeydiyyatdan keçmiş şirkətlər iştirak edə biləcəklər: http://www.caspianenergy.org/index.php/registration/item/132-caspian-energy-business-forum-25-10-2017

 

Sıralarında dünyanın 50 ölkəsindən olan 5 mindən artlıq şirkət və təşkilatı birləşdirən Caspian European Club 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi ilə yaradılıb. Caspian European Club və Caspian American Club-un Sədri Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevdir. Caspian European Club dövlət qurumları ilə özəl sektor arasında dialoqun dəstəklənməsi istiqamətində fəal iş aparmaqla yanaşı, həm də orta və kiçik biznesin, startapların inkişafı üzrə layihələrə ibformasiya və təşkilati dəstək verir. 

16.10.2017 13:43

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ