Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Çexlər Bakıya təkliflər ilə gəlirlər

iç səhifə xəbər başlığı altı (mobil)_31
Çexlər Bakıya təkliflər ilə gəlirlər
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Çexiya şirkətləri tikinti, əczaçılıq sahəsində, eləcə də maliyyə sektorunda, Azərbaycan tərəfinə əməkdaşlıq üzrə yeni layihələr təklif etmək niyyətindədir. Bu barədə Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyev deyib.

 

Bu sahələrdə əməkdaşlığın perspektivləri, həmçinin ticarət-iqtisadi əlaqələrin möhkəmlənməsi bütövlükdə yanvarın 17-18-də Bakıda keçiriləcək Azərbaycan-Çexiya hökumətlərarası komissiyasının növbəti iclası zamanı müzakirə olunacaq.

 

İclas Çexiyanın sənaye və ticarət naziri Yan Mladekin Bakıya səfəri çərçivəsində keçiriləcək. Nümayəndə heyətinin tərkibinə Çexiyanın bir sıra nazirlik və idarələrin, həmçinin iri şirkətlərinin nümayəndələri daxildir.

 

Çexiyanın ticarət və sənaye naziri ölkə hökumətində və parlamentində də bir sıra görüşlər keçirməyi planlaşdırır.

 

İqtisadiyyat Nazirliyinin və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə keçiriləcək hökumətlərarası komissiyanın iclasına həmçinin iki ölkənin iş adamlarının iştirakı ilə biznes-forum daxildir.

 

© Trend

12.01.2017 05:49

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ