Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Beynəlxalq Bank Bakı Şopinq Festivalının müvəkkil bankıdır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Beynəlxalq Bank Bakı Şopinq Festivalının müvəkkil bankıdır

 

Oktyabrın 15-dən Bakıda start götürən İkinci Şopinq Festivalında müvəkkil bank kimi Azərbaycan Beynəlxalq Bankı da iştirak edir. Çoxsaylı ticarət və xidmət məkanlarının qatıldığı festival müddətində bankın iki xidmət ofisi həftənin bütün günləri saat 10.00-dan 22.00-a qədər müştərilərin xidmətindədir. Bunlar Azərbaycan Beynəlxalq Bankının Müştəri Xidməti Departamenti (Nizami küçəsi - 67) və Nəsimi filialıdır (28 may küçəsi, 21 A).

Reklam_3_11

 

Qeyd edək ki, bu festivala qatılan əksər ticarət və xidmət məkanlarının əlavə dəyər vergisinin qaytarılması sisteminə qoşulması həm turistlərə, həm də yerli alıcılara çox əlverişli fürsətlər qazandırır. Belə ki, “Baku Shopping Festival – Tax Free” nişanı olan məkanlardan 100 AZN-dən çox alış-veriş edən həm yerli, həm də xarici vətəndaşlar aldıqları məhsulların əlavə dəyər vergisinin (ƏDV) müəyyən qismini geri ala bilirlər. Həmin məbləğ nağd və ya bank hesabına/karta köçürmə yolu ilə əldə edilir.

 

İkinci Bakı Şopinq Festivalının yaratdığı imkanlardan faydalanan müştərilər “Baku Shopping Festival – Tax Free” nişanlı məkanlarda etdikləri alış-veriş qarşılığında onlardan tutulmuş əlavə dəyər vergisini Azərbaycan Beynəlxalq Bankından rahatlıqla geri ala bilərlər. Bu müddətdə bankın qeyd edilən ofisləri müştərilərə bütün həftə boyu valyuta mübadiləsi xidməti də göstərəcək. Festival noyabrın 15-dək davam edəcək.

 

Ölkəmizin müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

16.10.2017 15:30

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ