Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

“Vergi tətbiq edilsə, bu sahə doğulmadan öləcək”

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Vergi tətbiq edilsə, bu sahə doğulmadan öləcək”

"Ümid edirəm ki, Azərbaycanda kriptovalyuta alışına vergi tətbiq edilməyəcəkdir".


“Marja”nın məlumatına görə, bunu "ETI - eTicarət İcması"nın təsisçisi Rəşad Camal Mehdiyev bildirib.

Reklam_3_11

 

“Əgər Facebook-dan xidmətlərin alışı kimi, kriptovalyutaların da alışına vergi tətbiq edilərsə, bu sahə doğulmadan öləcəkdir. Şaiyələr gəzir ki, kriptovalyutaların alışına 10-18 faiz civarında vergi tətbiq ediləcəkdir. Ümid edirəm ki, bu şaiyə olaraq qalacaqdır. Dünyanın heç bir ölkəsində kriptovalyuta alışına vergi tətbiq edilmir. Kriptovalyuta alışına vergi tətbiq edilməsi, e-ticarət kimi bu sahənin də sürətli inkişafına mane olacaq.

 

Bir çoxları hesab edir ki, kriptovalyuta alışı ölkədən dolların çıxması ilə nəticələnəcəkdir. Dünən 4800 dollar olan bir məhsul bu gün 5600 dollara qalxıbsa necə ölkədən pul çıxa bilər?! Tam əksidir. Bu gün Bitcoinin qiyməti 5600 dollar civarındadır. Bu yay 2000 dollara Bitcoin alıb bu gün satsaydıq, 3600 dollar qazanardıq. 10 Bitcoin ilə ölkəyə 36 min dollar valyuta gətirmək olardı. Buna görə, Bitcoin alınması ölkədən pul çıxışı deyil, ölkəyə pul gəlişi deməkdir.

 

Vergilər Nazirliyinin əməkdaşlarından rica edirəm ki, hansısa sualları varsa mənə müraciət etsinlər, onlara detallı şəkildə izah etməyə hazıram. Əgər kriptovalyuta alışına vergi tətbiq edilərsə, bu, kökündən yalnış bir qərar olacaqdır. Bu sahəyə dəstək vermək lazımdır. İnanın ki, bu sahə kənd təsərrüfatından, turizimdən də ölkəyə daha çox valyuta gətirə bilər”.

 

Rəşad Camal Mehdiyev əlavə edib ki, ən azı 6-7 bankın “Blockchain” texnologiyasından istifadə etməyə başlayacağına ümidlidir. Banklar “Blockchain” texnologiyasından istifadə edərək tranzaksiya əməliyyatlarını təşkil edə və qazana bilərlər.

17.10.2017 07:46

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ