Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Mercedes-Benz-lərdə hava yastığı səhvən açıla bilər - GERİ ÇAĞIRILIR

iç səhifə xəbər başlığı altı (mobil)_31
Mercedes-Benz-lərdə hava yastığı səhvən açıla bilər - GERİ ÇAĞIRILIR

Mercedes-Benz avtomobillərini də istehsal edən Almaniyanın Daimler AG şirkəti, hava yastığını səhvən aça biləcək bir qüsur səbəbindən dünya miqyasında bir milyondan çox avtomobili geri çağıracaq.


 
"Marja" xəbər verir ki, Almaniya Xəbər Agentliyinin (DPA) Daimler AG-nin sözçüsünə istinadən yaydığı xəbərində, Daimler AG-nin, hava yastığını səhvən açacaq sükandakı problemli bir kabelə görə dünya miqyasında bir milyondan çox maşının geri çağırılacağı bildirilib.

Reklam_3_11


 
Birləşmiş Krallıqda təxminən 400 min, Almaniya daxilində yüz minlərlə maşının geri çağırılacağı qeyd edilən xəbərdə, digər bəzi ölkələrdə də çoxlu sayda avtomobilin bu problemdən əziyyət çəkdiyi üçün geri çağırılacağı qeyd olunub.
 

Xəbərdə sözçünün, "Bir neçə ölkənin rəsmiləri keçən həftə məlumatlandırılıb. Geri çağırma gələcək bir neçə həftə ərzində başlayacaq",- ifadələrinə yer verilib.


 
Həmçinin Alman mətbuatında yer alan bəzi xəbərlərdə isə geri çağırma əməliyyatının Takata hava yastığı qalmaqalı ilə bağlı olmadığı və problemin bir saat içində həll edilə biləcəyi qeyd olunub.

17.10.2017 05:45

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ