Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Qlobal internet TV şəbəkəsi sürətlə böyüyür

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qlobal internet TV şəbəkəsi sürətlə böyüyür

Qlobal internet televiziya şəbəkəsi Netflix, bu ilin üçüncü rübündə gəlirinin və  xalis mənfəət artdığını bildirib.
 
 
"Marja", Netflix-in yaydığı məlumata istinadən xəbər verir ki, şirkətin bu ilin üçüncü rübündəki gəliri, ötən ilin eyni dövrü ilə müqayisədə 30 faiz artımla 2,98 milyard dollara yüksəlib.


 
 Şirkətin gəliri ötən ilin iyul-sentyabr dövründə 2,29 milyard dollar olmuşdu.


 
Netflix-in xalis mənfəəti də bu ilin üçüncü rübündə keçən ilin eyni dövrü ilə müqayisədə 150 faiz artımla 130 milyon dollara çıxıb. Şirkətin xalis mənfəəti ötən ilin üçüncü rübündə 52 milyon dollar olaraq reallaşmışdı.

 

Güclü üçüncü rüb balansının açıqlanmasından sonra şirkətin səhminin dəyəri,  2,9 faiz qalxaraq 202,68 dollara yüksəlib.
 


ABUNƏÇİLƏRİNİN SAYI ARTIR


 
Həmçinin açıqlamada, Netflix-in bu ilin iyul-sentyabr dövründə dünya üzrə təxminən 5 milyon 300 min yeni abunəçisi olduğu da qeyd olunub.
 

Yeni abonentlərin 850 mininin ABŞ-dan, 4 milyon 450 mininin də ABŞ xarici ölkələrdən gəldiyi bildirilib.


 
Beləliklə Netflix-in cəmi abunəçi sayı ABŞ-da 52 milyon 770 minə, ABŞ xarici ölkələrdə 56 milyon 480 minə çatıb. Şirkətin  dünya üzrə cəmi abunəçi sayının da 109 milyon 250 minə yüksəldiyi qeyd edilib.


 
Netflix, bu ilin oktyabr-dekabr dövründə dünya üzrə 6 milyon 300 min yeni abunəçi cəlb etməyi hədəflədiyini bildirib.
 

Şirkətin cəmi abunəçilərinin sayının 2017-nin dördüncü rübünün sonunda 115 milyon 550 minə yaxınlaşması gözlənilir.

17.10.2017 06:05

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ