"Bu bank çöksə, bütün maliyyə sistemi çökəcək"
Maliyyə bazarı üzrə tanınmış ekspert Samir Əliyev Azərbaycan Beynəlxalq Bankındakı son proseslər barədə fikirlərini bildirib.
“Marja” xəbər verir, ekspert öz Facebook səhifəsində yazılıb.
Beynəlxalq Banka yeni menecerlər təyin olunub. Onları böhran menecerləri da adlandırmaq olar.
“Bəzilərini şəxsən, bəzilərini qiyabi tanıyıram. İşlərinin peşəkarıdırlar. Bank sektorunun problemlərini kifayət qədər dərindən bilən şəxslərdir. Müzakirələrdə bank işçilərinə xas olan texniki yox, strateji yanaşmalarının şahidi olmuşam. Fikir mübadiləsi aparmışıq. Üst-üstə düşən məqamlar da olub, düşməyən də. Etiraf edim ki, onlarla müzakirələrdən daim həzz almışam, bir çox suallara onlarla müzakirələrdə cavab tapmışam. Onlara işlərində uğurlar arzulayıram. Çünki bank sektorunda uğura onların daha çox ehtiyacı olacaq. Batmaqda olan çürümüş bir gəmini təmir edib əvvəl dənizə, sonra okeana buraxmaq hədəfi ambisiyalı olduğu kimi də çətindir. Hərdən adama elə gəlir bu, mümkünsüzdür. Beynəlxalq Bankın xilası bank sektorunun xilası deməkdir. Kimlərinsə məsuliyyətsiz idarəetməsinin fəsadlarını əvvəl bank sektoru ödədi, sonra dövlət büdcəsi. İndi də yeni menecerlər xilas etməlidir.
Menecerlərin qarşısında çətin tapşırıq durur: pozulmuş valyuta mövqeyi bərpa edilməli, xarici öhdəlikər qaytarılmalı, zərərli aktivlər sağlamlaşdırılmalı və s. Bankın problemləri çoxdur. Bank sektorunun xilası Beynəlxalq Bankın xilasından asılı olduğu kimi Beynəlxalq Bankın xilası da hökumətin dəstəyindən asılıdır. Bu, Beynəlxalq Bankın xilası üçün son şansdır. Bank çöksə, bütün maliyyə sistemi çökəcək. Ona görə böhran menecerlərinin üzərinə böyük məsuliyyət düşür. Bir sözlə, yeni tərkibə uğurlar diləyirəm!"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 14 saat əvvəl
-
15 saat əvvəl
“Bakcell”in Baş İcraçı Direktoru Xankəndidə jurnalistlərlə görüşüb
- 18 saat əvvəl
-
18 saat əvvəl
Tanınmış şampunlar və qabyuyan məhsulların saxtası Keşlədə istehsal olunurmuş
-
18 saat əvvəl
Bakı Fransız Liseyinin ləğv olunması haqqında qərar qəbul edilib
-
22 saat əvvəl
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
-
22 saat əvvəl
Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur
- 22 saat əvvəl
- 22 saat əvvəl
-
22 saat əvvəl
Rabitəbank müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!
- 1 gün əvvəl
- 1 gün əvvəl