Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Azərbaycanda sığortasız sürücülüklə bağlı rekord kompensasiya ödənişi!

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda sığortasız sürücülüklə bağlı rekord kompensasiya ödənişi!
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Cari ilin 9 mart tarixində Bakı-Sumqayıt yolunda ali məktəb tələbələrini daşıyan “Ford” markalı nəqliyyat vasitəsinin səbəb olduğu, çoxsaylı insan tələfatı və sağlamlığa xəsarət halları ilə nəticələnən faciəvi yol-nəqliyyat hadisəsində zərərçəkən kimi tanınmış şəxslərə ümumilikdə 41250 manat məbləğində kompensasiya ödənişlərinin verilməsi təmin edilmişdir. Bu barədə “Marja”ya İcbari Sığorta Bürosundan bildirilib.

 

Reklam_3_11

Kompensasiya ödənişlərinin verilməsinə əsas, hadisəni törətmiş nəqliyyat vasitəsinin qəzanın baş verdiyi tarixdə avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta müqaviləsinin olmaması olmuşdur. Belə ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 32.1.3-cü maddəsinin tələblərinə əsasən Büro tərəfindən kompensasiya ödənişinin verilməsinin əsas şərtlərindən biri avtonəqliyyat vasitəsinin istifadəsi nəticəsində üçüncü şəxsin sağlamlığına zərər vurulduqda həmin Qanunda tələb olunan avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsinin  olmamasıdır.

 

Qeyd etmək lazımdır ki, sözügedən kompensasiya məbləği sığortasız sürücülüklə bağlı İcbari Sığorta Bürosunun tarixində qeydə alınmış rekord göstəricidir.

 

İcbari Sığorta Bürosu tərəfindən sığortasız sürücülüklə bağlı kompensasiya ödənişləri yalnız sağlamlığa vurulmuş zərər üzrə verilir. Kompensasiya ödənişlərinin verilməsinin şərtləri və qaydası ilə ətraflı Büronun veb-saytında (www.isb.az/kompensasiya-odenisi), həmçinin mövzuya dair hazırlanmış və Büronun veb-saytında yerləşdirilmiş maarifləndirici məqalədə tanış olmaq mümkündür.

17.10.2017 08:43

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ