Mobil manşet üstü reklam-3_21

Qaliblərin adları açıqlandı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qaliblərin adları açıqlandı

Bu gün 2,3,4,5,6,7,8-ci siniflər arasında EduGrata Təhsil Mərkəzində ödənişsiz həyata keçirilən ilk bilik yarışının nəticələri açıqlanıb.

 

Reklam_3_11

Tədbiri giriş sözü ilə açan mərkəzin direktoru Rəşad Zeynalov uşaqları təbrik edib və dərslərində yeni nailiyyətlər qazanmağı diləyib.

 

700-ə yaxın şagirdin iştirak etdiyi yarışmanın qalibləri əvvəlcədən elan edildiyi kimi Ofisait mağazalar şəbəkəsinin hədiyyə kuponları ilə mükafatlandırılıb. Bundan əlavə bütün qaliblərə ekoloji təmiz OYAL markalı məktəb ləvazimatları hədiyyə edilib.

 

EduGrata Təhsil Mərkəzində interaktiv dərslərin keçirilməsi üçün lazım olan bütün zəruri texniki avadanlıqlarla təchiz olunması, hər bir kurs iştirakçısının fərdi bilik və bacarıqlarına uyğun individual tədris sisteminin qurulması, dinləyicilərə və onların ailələrinə ödənişsiz psixoloji dəstək göstərilməsi imkanı yaradılması Təhsil Mərkəzinin qısa müddət ərzində şagirdlər və valideynlər arasında yüksək rəğbət qazanmasına səbəb olub.

 

EduGrata Təhsil Mərkəzində 12 noyabr 2017-ci il tarixində növbəti bilik yarışının keçirilməsi nəzərdə tutulur. Nəsimi metrosunun yaxınlığında yerləşən 4-cü, 6-cı və 9-cu mikrorayon sakinləri öz övladlarının təhsilini əminliklə EduGrata Təhsil Mərkəzinə həvalə edə bilərlər.

 

Qeyd edək ki, EduGrata Təhsil Mərkəzinin aid olduğu İNCİ şirkətlər qrupu 1995-ci ildənSatış və Distribyutor şirkəti olaraq fəaliyyətə başlamış, dəftərxana və ofis ləvazimatları, məktəb ləvazimatları, idman malları, mətbəx və təmizlik əşyaları, elektrik malları, həmçinin ticarət, bank və ofis avadanlıqları, uşaq oyuncaqları, təhlükəsizlik vasitələri, kompüter və qurğularının satışını təşkil edir, o cümlədənçap, poliqrafiya xidmətləri, proqram həlləri xidməti həyata keçirir. OYAL, ASSİS, QUİCKS, Cassa, SilSil, Shirinbalam, Boltexno, Frauzen, Hansbur, Samuray, Zyklen və s. markalar şirkətin geniş istehlakçı auditoriyası tərəfindən sevilərək istifadə edilən məhsullarıdır. Qeyd etmək zəruridir ki, İNCİ şirkətlər qrupunun satışını təşkil etdiyi bütün məhsulları Ofisait mağazalar şəbəkəsi ilə yanaşı www.ofisait.com internet portalından online sifariş vermək mümkündür.

 

Daha ətraflı: www.inci.az

www.facebook.com/EduGrata

www.facebook.com/ofisait

www.facebook.com/incicompany

17.10.2017 17:29

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ