Ən yuxarı (mobil)-2_30

Bu mallar da ixrac gömrük rüsumuna cəlb olunacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bu mallar da ixrac gömrük rüsumuna cəlb olunacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycandan ixrac zamanı ixrac gömrük rüsumuna cəlb olunan malların siyahısı genişləndirilib.

 

Bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasından ixrac zamanı ixrac gömrük rüsumuna cəlb olunan malların siyahısı və ixrac rüsumlarının dərəcələri”nə etdiyi dəyişikliklərdə əksini tapıb.

 

Dəyişikliyə əsasən Azərbaycandan ixrac edilən saflaşdırılmış misdən məftil və prokat hazırlanması üçün biçmələr, digər saflaşdırılmış mis, mis əsasında liqaturalar, saflaşdırılmış misdən çubuqlar və profillər, digər mis ərintilərindən çubuqlar və profillər gömrük dəyərlərinin 10 faizi, lakin 1000 kq-a 300 ABŞ dollarından az olmamaqla ixrac rüsum dərəcəsinə cəlb ediləcək.

 

Bu qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir və 5 il müddətində qüvvədədir

12.01.2017 06:49

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ