Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Azərbaycanın iri bankının gəlirləri və əməliyyat mənfəəti azalıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın iri bankının gəlirləri və əməliyyat mənfəəti azalıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“XalqBank” ASC 2017-ci ilin 9 ayını 13 milyon 124 min manat xalis mənfəət ilə başa vurub.

 

Reklam_3_11

“XalqBank”  2016-cı ilin  9 ayında 45 milyon 290 min manatlıq əməliyyat mənfəətinin 44 milyon 387 min manatını ehtiyatlara ayırdığından 972 min manat xalis mənfəət açıqlamışdı.

 

“Marja” Banka istinadən xəbər verir ki, ötən illə müqayisədə cari ilin 9 ayında Bankın əməliyyat mənfəəti 14% azalıb.  Belə ki, “XalqBank” cari ilin yanvar-sentyabr dövründə 38 milyon 129 min manat əməliyyat mənfəəti əldə edib. Əməliyyat mənfəətinin 25 milyon 51 min manatı ehtiyatlara ayırılıb. Ehtiyatlara ayırmanın ötən illə müqayisədə azalması Bankın xalis mənfətinin artması ilə nəticələnib.

 

Ötən ilin 9 ayı ilə müqayisədə “XalqBank”ın faiz gəlirləri 79 milyon 363 min manatdan 74 milyon 872 min manata, qeyri-faiz gəlirləri isə 19 milyon 226 min manatdan 9 milyon 398 min manata düşüb. Bankın hesabatından məlum olur Bankın kreditlərdən faiz gəlirləri və valyuta əməliyyatlarından gəliri azalıb.

 

“XalqBank”da müştərilərə verilmiş kreditlər və lizinqlər ötən ilin Sentybar ayının sonundakı 1 milyard 325 milyon 280 min manat səviyəsindən bu ilin Sentyabr ayının sonunadək 1 milyard 285 milyon 398 min manata geriləyib. Kreditlərin 795 milyon 198 min manatı xarici valyutadadır.

 

30 Sentyabr 2017-ci il tarixində “XalqBank” 1 milyard 805 milyon 244 min manat cəmi aktivlərə, 1 milyard 551 min 831 min manat cəmi öhdəliklərə və 253 milyon 413 min manat cəmi balans kapitalına malik olub.

18.10.2017 05:55

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ