Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Bu gün növbəti oyun keçiriləcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bu gün növbəti oyun keçiriləcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bu gün “Qarabağ” komandası futbol üzrə Çempionlar Liqasının (ÇL) qrup mərhələsində növbəti oyununu keçirəcək.


Ağdam təmsilçisi III tur çərçivəsində İspaniya “Atletiko”sunu qəbul edəcək.


Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv İngiltərədə keçirdiyi ilk matçda “Çelsi”yə 0:6, Bakıda isə İtaliya təmsilçisi “Roma”ya 1:2 hesabı ilə uduzub. “Atletiko” isə “zadəganlar”a Madriddə minimal fərqlə (1:2) məğlub olsalar da, Roma səfərindən bir xalla dönə biliblər (0:0).


“Qarabağ” ilk dəfə İspaniya komandası ilə üz-üzə gələcək. “Atletiko” heç vaxt Azərbaycan klubu ilə rəsmi matçda qarşılaşmasa da, bu, son illərdə iki dəfə ÇL-in finalına yüksələn Madrid təmsilçisinin Bakıya ikinci səfəridir. Dieqo Simeonin rəhbərlik etdiyi kollektiv 2013-cü ildə “Bakı” ilə Azərbaycanda yoldaşlıq oyunu keçirib və 3:0 hesabı ilə qalib gəlib.


Qurban Qurbanovun komandası ÇL-in və Avropa Liqasının qrup mərhələsində keçirdiyi 10 ev oyunundan 2-də qalib gəlib, 4 dəfə uduzub. “Atletiko” isə ÇL-də keçirdiyi son 10 səfər görüşündən yalnız 3-də qələbə əldə edib. Madridlilər ötən mövsüm qrup mərhələsində 3 səfər oyunundan 2-də qələbə qazanıb.


2016/2017 mövsümündə İspaniya La Liqasında 3-cü yeri tutan “Atletiko” ÇL-in qrupunda 6 oyunun hamısında qələbə qazanan 7-ci komanda ola bilərdi. Lakin madridlilər son turda “Bavariya”ya məğlub oldular.


Dieqo Simeonenin rəhbərlik etdiyi kollektiv ötən mövsüm yarımfinalda “Real Madrid”ə məğlub olaraq mübarizəni dayandırıb. Madridlilər son 13 matçda yalnız bir dəfə - ÇL-in II turunda “Çelsi”yə uduzub. Bu seriya may ayından bəri davam edir.


Çempionlar Liqası, C qrupu, III tur


18 oktyabr


20:00. "Qarabağ" (Azərbaycan) - "Atletiko" (Madrid, İspaniya)


Baş hakim: Ruddi Buke


Yan xətt hakimləri: Giyom Debar, Fredérik Kano


Əlavə köməkçi hakimlər: Amori Deleru, Fransua Leteksyö


Dördüncü hakim: Bertran Juanno (hamısı Fransa)


Bakı Olimpiya Stadionu


Xal durumu: “Çelsi” – 6, “Roma” – 4, “Atletiko” – 1, “Qarabağ” – 0.

 

© Report

18.10.2017 06:30

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ