“PMD Group” layihələrinə şirkətlərin cəlbi üçün seminar-görüş keçirəcək
“PMD Group” MMC icra etdiyi layihələrə yeni şirkətlərin cəlb olunması, eləcə də onlarla davamlı və uğurlu əməkdaşlığı təmin etmək üçün mövcud satınalma qaydalarını təqdim etmək məqsədi ilə seminar-görüş təşkil edəcəkdir.
MMC-dən “Marja”ya daxil olmuş məlumata görə, 2013-cü ildən fəaliyyət göstərən “PMD Group” şirkətinin əsas fəaliyyət istiqamətlərini aktivlərin idarə olunması, daşınmaz əmlaka investisiya qoyuluşu və əmlakların idarə olunması, kənd təsərrüfatı və istehlak mallarının tədarükü və otelçilik təşkil edir.
Görüşdə iştirak etmək üçün ilkin olaraq aşağıdakı keçid vasitəsi ilə qeydiyyatdan keçmək tələb olunur.
Qeydiyyatdan keçmiş şirkətlər arasından yalnız PMD Group MMC-nin qeyd edilən strateji əməkdaşlıq sahələrində fəaliyyət göstərən uyğun şirkətlərə tədbirdə iştirak üçün dəvət göndəriləcəkdir.
Tədbir 4 hissədən ibarət olacaqdır:
- “PMD Group” MMC-ə daxil olan şirkətlər və onların həyata keçirdikləri layihələrin təqdimatı
- “PMD Group” MMC-nin tender/satınalma qaydalarının təqdimatı
- Sual-cavab
- Sərbəst hissə (Kofe fasiləsi, işgüzar qarşılıqlı görüşlər və s.)
Qeydiyyat üçün son tarix: 25.10.2017
Qeydiyyat üçün keçid: http://pmdgroup.az/procurement/pmd.html
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 5 saat əvvəl
-
7 saat əvvəl
“Bakcell”in Baş İcraçı Direktoru Xankəndidə jurnalistlərlə görüşüb
- 9 saat əvvəl
-
10 saat əvvəl
Tanınmış şampunlar və qabyuyan məhsulların saxtası Keşlədə istehsal olunurmuş
-
10 saat əvvəl
Bakı Fransız Liseyinin ləğv olunması haqqında qərar qəbul edilib
-
13 saat əvvəl
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
-
13 saat əvvəl
Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Rabitəbank müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!
- 16 saat əvvəl
- 17 saat əvvəl