Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

"Hazırki qiymət çəkdiyimiz zəhməti ödəmir"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Hazırki qiymət çəkdiyimiz zəhməti ödəmir"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bu il Astarada naringinin həm məhsuldarlığı, həm də qiyməti aşağı düşüb


 

Reklam_3_11

 

Astara rayonunda naringi yığımına başlanılıb. Bu il havaların quraq keçməsi fermerlərin işini bir qədər çətinləşdirib. Ağaclar vaxtında suvarılmadığından həm məhsuldarlıq azalıb, həm də meyvələrin həcmi kiçilib.


 
Astarada naringi yığımı əsasən dağətəyi kəndlərdə aparılır. Yerli sortlar gec yetişdiyindən indi bağlarda “karli” sortu yığılır. Məhsuldarlıq ötən illə müqayisədə bu il bir qədər aşağıdır. Fermerlər ötən il hər ağacdan 40 kiloqram məhsul yığa bilmişdilərsə, bu il bu rəqəm 30 kiloqram olub.


 
Fermer İlham Muradov: “Susuzluğa görə məhsul zəif çıxıb. Bir ağac verir 15-20-30 kq. Bir bağdan 1 ton-800 kq məhsul yığmaq olur. Amma quraqlıq olmasaydı məhsuldarlıq yaxşı ola bilərdi.”


 
Fermerləri naringinin satış qiyməti qane etmir. Çünki məhsuldarlığın az olması ilə yanaşı, onun həcmi də kiçikdir. Bu da həm alıcılıq qabliyyətinə, həm də qiymətlərə təsir edir.
 


Fermer Mahir Məmmədov: “Ötən ilə nisbətən bu il çox ucuzdur. Keçən il 2 manat, 1 manat 50 qəpik arasında dəyişirdisə, bu il 1 manat 50 qəpik, 1 manat arasında dəyişir.”


 
Əsasən yerli bazara üstünlük verən təsərrüfat sahibləri deyir ki, hazırki qiymət onların çəkdiyi zəhməti ödəmir.


 
Fermer Mahir Məmmədov: “Bu şəraitlə götürəndə heç cür bizi qane etmir. Onun dərmanı verilir, onun bütün communal xərcləri ödənilirsə, qoyduğun vəsait onu ödəmir.”


 
Sitrus bağlarında “karli” sortunun yığım prosesi bir neçə gün davam edəcək. Ardınca isə yerli sort naringinin yığımı aparılacaq. Hazırda Astarada 2247 hektar dan artıq naringi bağı var ki, onlardan da 1500 hektarı məhsuldardır.

 

© ARB

18.10.2017 07:40

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ