Mobil manşet üstü reklam_21

"Otellərin nikah kağızı tələb etməsi qanunsuzdur”

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Otellərin nikah kağızı tələb etməsi qanunsuzdur”

"Otellərin nikah kağızı tələb etməsi faktları əvvəllər daha çox idi".


 
Bunu mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun üzvləri ilə görüşdə deyib.

Reklam_3_11


 
Nazir müavini bildirib ki, media nümayəndələri bu məsələyə diqqət ayırandan sonra müzakirələr başlayıb:

 

"Nazirlik tərəfindən dəfələrlə bəyanat verilib ki, otellərin nikah kağızı tələb etməsi qanunsuz məsələdir, dünya praktikasında yoxdur, onu tələb etmək ən azı etik baxımdan doğru deyil. Düzdür, indi də bu faktlar var, amma deməliyəm ki, onların sayı get-gedə azalır. Əgər kimsə bu faktlarla üzləşərsə, Mədəniyyət və Turizm Nazirliyinə müraciət edə bilər".


 
N. Səmədov əlavə edib ki, otelin nikah kağızı tələb etməsi hər hansı işçinin özbaşınalığı da ola bilər: "Nazirlik müdaxilə edir, sahibkarlarla ünsiyyətdə oluruq, onlara başa salınır ki, bu sahədə otel sahibi özünü necə aparmalıdır. Bəzən otellərdə qanunvericilikdən xəbəri olmayan insanlar çalışır. Hətta bəlkə bu, konkret işçinin özbaşınalığı da ola bilər". 

 

© APA

18.10.2017 09:54

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ