Ən yuxarı (mobil)-2_30

Azərbaycanda turizm şirkətlərinin sayı fantastik həddə çatıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda turizm şirkətlərinin sayı fantastik həddə çatıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanda turizm şirkətlərinin sayı fantastik həddə çatıb.

 

Bunu mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun (CEIBC) üzvləri ilə görüşündə deyib.

 

"Ölkədə 1441 turizm şirkəti qeydiyyatdan keçib",- o bildirib.


N.Səmədov qeyd edib ki, bu il ərzində Azərbaycana 2 milyon 271 min xarici vətəndaş gəlib. Gələn turistlərin sayında artım daha çox Rusiya, İran və ərəb ölkələri üzrə müşahidə olunub.

 

N.Səmədov deyib ki, bu ilin yay aylarında daxili turizm sahəsində 20 faiz artım olub. Yalnız iyun-avqust aylarında regionlarda 860 min nəfər istirahət edib.

 

İKİ İLDƏ 1,3 MİLYARD MANAT XƏRCLƏYİBLƏR

 

N.Səmədov bildirib ki, bu ilin ilk 8 ayı ərzində xarici vətəndaşlar ölkədə bank kartları vasitəsilə 703 milyon manat ödəyiblər. Ötən il ərzində isə bu məbləğ 603 milyon manat təşkil edib. Ümumi hesablamalara görə, xarici vətəndaşlar ölkədə ümumilikdə 1,3 milyard manat xərcləyiblər.

 

© Trend

18.10.2017 10:18

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ