Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Vergi orqanlarının büdcədənkənar fonduna 62 milyon manat daxil olub

iç səhifə xəbər başlığı altı (mobil)_31
Vergi orqanlarının büdcədənkənar fonduna 62 milyon manat daxil olub

Vergilər Nazirliyi vergi orqanlarının büdcədənkənar fonduna ayrılmış və xərclənmiş vəsaitin həcmini açıqlayıb.


 
Qurumun saytında dərc olunan "Mərkəzi icra hakimiyyəti orqanları əməkdaşlarının həvəsləndirilməsi üçün nəzərdə tutulan və həmin orqanların tabeliyində yaradılan fondların vəsaitindən istifadə haqqında hesabatın dərc edilməsi barədə Forma"ya istinadən xəbər verir ki, 1 oktyabr 2017-ci il tarixinə fondun vəsaitlərinin miqdarı 62 mln. 229,99 min manat təşkil edib. 2016-cı ilin yanvarın 1-nə bu rəqəm 57,86 mln. manat olub.

Reklam_3_11


 
Cari ilin yanvar-sentyabr ayları ərzində fonda daxil olan vəsaitdən 59 mln. 552,392 min manat xərclənib. Nəticədə hesabat dövrünün sonuna fondda qalıq 2 mln. 677,598 min manat təşkil edib.

 

Xərclərə nəzər saldıqda məlum olur ki, 2 mln. 18,067 min manat ştatda olan işçilərin əmək haqqına, 1 mln. 690,757 min manat ştatdankənar işçilərin əmək haqqına, 28 mln. 866,388 min manat əməyin ödənişi ilə bağlı sair pul ödənişlərinə, 7 mln. 37,916 min manat Dövlət Sosial Müdafiə Fonduna ayırmalara və s. xərclərə yönəlib.

 

Hesabat dövrünün sonuna qalan qalıqdan dövlət büdcəsinə ödəniş edilməyib.

18.10.2017 11:37

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ