“Mobil Şöbə”yə ölkə üzrə pulköçürmə xidməti əlavə olunub

Bank Respublika-nın “Mobil Şöbə” xidmətində “Vektor” ölkədaxili pulköçürmə sistemi əlavə edildi.

 

İndi istifadəçilər “Mobil Şöbə” üzərindən pul vəsaitlərini öz cari hesablarından və ya bank kartından yaxın və qohumlarına nağd şəkildə göndərə biləcəklər.

 

Pulu köçürmək üçün “Vektor” bölməsinə daxil olub pulu alan şəxsin adı, soyadı, atasının adını və müvafiq məbləği qeyd etmək kifayət edir. Göndərilən məbləği bankın istənilən filialından almaq olar.

 

Pulu alan şəxsin “Vektor” kartı varsa vəsaiti birbaşa həmin karta da dərhal köçürmək mümkündür. Karta köçürülən məbləği asanlıqla istənilən bankomat vasitəsilə nağdlaşdırmaq, onlayn xərcləmək və ya POS-terminal üzrə alış etmək mümkün olacaq.

 

Xatırladırıq ki, “Mobil Şöbə” əlavəsini aşağıdakı linklərə keçid etməklə PlayMarket və AppStore-dan yükləmək olar.

 

iOS - https://appsto.re/az/7jeFbb.i

Android - https://play.google.com/store/apps/details?id=com.brmobilshobe

18 Oktyabr 2017, 15:01   
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin