Ən yuxarı statik reklam-3_3
Mobil manşet üstü reklam_21

Azərbaycan "JOHN DEERE” şirkəti ilə əməkdaşlığı genişləndirəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan "JOHN DEERE” şirkəti ilə əməkdaşlığı genişləndirəcək

Okyabr ayının 18-də Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev ABŞ-ın Azərbaycandakı səfirinin müavini Uilyam Qil və ABŞ-ın Ankaradakı Ticarət Xidmətinin rəhbəri, ticarət müşaviri Bill Çaykovskinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

Reklam_3_11

Görüşdə məqsəd Azərbaycanla ABŞ arasında kənd təsərrüfatı sahəsinin müxtəlif istiqamətləri üzrə əməkdaşlıq imkanlarının, eləcə də, kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və bu sahədə sərmayə qoyuluşunun müzakirəsi olub.

 

Nazir müavini İlham Quliyev ABŞ iş adamları üçün Azərbaycanda ekoloji, təmiz kənd təsərrüfatı məhsullarının istehsalı üçün əlverişli investisiya mühitinin olduğunu bildirib.

 

Nazir müavini ABŞ-ın “JOHN DEERE” şirkəti ilə əməkdaşlığın yüksək səviyyədə olduğunu, “JOHN DEERE” şirkəti ilə əməkdaşlığı daha da genişləndirmək məqsədi ilə işçi qrupunun yaradıldığını və yaxın günlərdə qurupun geniş tərkibdə toplantısının keçiriləcəyini diqqətə çatdırıb.

 

İlham Quliyev FAO-nun Azərbaycanda Tərəfdaşlıq və Əlaqələndirmə ofisi ilə də sıx əlaqələrin olduğunu və birgə layihələrin həyata keçirildiyini, həmçinin fermerlərin bu layihələrdən faydalandığını qeyd edib.

 

Səmimi qəbula görə minnətdarlığını bildirən Uilyam Qil Azərbaycan ilə ABŞ arasında kənd təsərrüfatı sahəsində əlaqələrin inkişaf etməsi üçün öz səylərini əsirgəməyəcəyini bildirib.

 

Sonra qarşılıqlı maraq doğuran məsələlər üzrə geniş fikir mübadiləsi aparılıb.

18.10.2017 13:07

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ