Ən yuxarı statik reklam-3_3
Mobil manşet üstü reklam-3_21

"Caspian Energy Tourism Forum" keçirilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Caspian Energy Tourism Forum" keçirilib

Caspian European Club və Caspian American Club-un bu gün (18 oktyabr) Bakıda Azərbaycan Respublikasının mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun iştirakı ilə təşkil etdiyi Caspian Energy Tourism Forum-un xüsusi sessiyasında turizm sektorunun mühüm məsələləri və problemləri müzakirə olunub.

 

Biznes-forumda çıxış edən Nazim Səmədov iştirakçılara ölkənin turizm sektorunun gələcək inkişafı istiqamətində həyata keçirilən tədbirlər, planlar və perspektivlər barədə məlumat verib.

 

Dövlətlə sahibkarlar arasında səmərəli dialoq üçün yaradılmış şəraitə görə Klub rəhbərliyinə minnətdarlığını bildirən Nazim Səmədov Nazirliyin sahibkarlar və onları təmsil edən ictimai təşkilatlarla diskussiya üçün hər zaman açıq olduğunu vurğulayıb.  

 

Nazim Səmədov qeyd edib ki, son illərdə ölkəmizdə postneft erası qeyri-neft sektorunun bir çox sahələrində, o cümlədən turizmdə öz canlanma dövrünü yaşayır. “Əlbəttə bu, ölkə rəhbərliyinin qeyri-neft sektorunun inkişafı üzrə uzun illər ərzində həyata keçirdiyi məqsədyönlü fəaliyyətin nəticəsidir. Məhz bu tədbirlərin nəticəsində biz turizm sektorunda mühüm nailiyyətlər əldə etmişik”, - deyə o söyləyib.

 

Statistik göstəricilər barədə söz açan Nazim Səmədov son iki il ərzində ölkəmizə əcnəbi turist axınının qeydə alındığını deyib. Onun sözlərinə görə, 2015-ci illə müqayisədə Azərbaycana gələn xarici turistlərin sayı 2016-cı ildə 11,7% artaraq 2 248 800 nəfər olmuşdur “2017-ci ilin ilk 9 ayı ərzində Azərbaycana səfər etmiş əcnəbi vətəndaşların sayı ötən ilin analoji mərhələsi ilə müqayisədə 20,9 %, yəni 2 071 918 nəfər artıb. Əsas artım Rusiya, İran, BƏƏ və İraqdan gələn turistlərin sayında müşahidə olunur”, - deyə nazir müavini qeyd edib.

 

Nazim Səmədov həmçinin paytaxtda keçirilən “Baku Shopping Festival”ın əhəmiyyətini vurğulayaraq, festivalın təşkilinə dövlət büdcəsindən 5,6 milyon manat ayrılmasına baxmayaraq, xərclənən vəsaitin 1 milyon manatı keçmədiyini dilə gətirib.   

 

Çıxışının sonunda Nazim Səmədov turistlərin məmnunluğunu yüksəltmək üçün “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi” əsasında milli turizm keyfiyyət sisteminin yaradılmasının planlaşdırıldığı barədə danışıb. “Mədəniyyət və Turizm Nazirliyi milli turizm keyfiyyət sisteminin tətbiqi üzrə işləri davam etdirir”, - deyə o bildirib.

 

Görüşdə həmçinin özəl sektorla əməkdaşlığın genişləndirilməsi istiqamətləri qeyd olunub, eyni zamanda Caspian European Club və Caspian American Club-un üzv şirkətlərini maraqlandıran suallar müzakirə edilib.

 

Caspian European Club və Caspian American Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev konstruktiv dialoqa, həmçinin biznesmenlərin, eləcə də Caspian European Club və Caspian American Club-un üzv şirkətlərinin problemlərinin həllindəki fəal iştiraka və operativ reaksiyaya görə başda rəhbərlik olmaqla Mədəniyyət və Turizm Nazirliyinə təşəkkürünü bildirib.

 

Telman Əliyev xatırladıb ki, Caspian European Club 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi ilə yaradılıb. Caspian European Club-un Sədri Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevdir. Telman Əliyev Caspian American Club-un yaradılması təşəbbüsünün dövlət başçısına məxsus olduğunu qeyd edib.

 

“Caspian European Club Azərbaycanda həyata keçirilən iqtisadi islahatlarda, xarici investisiyanın cəlb edilməsində, orta və kiçik biznesin inkişafında fəal iştirak edir. Bundan əlavə, Klub Xəzər-Qara dəniz və Baltik regionu dövlətləri arasında beynəlxalq iqtisadi əlaqələrin qurulmasında mühüm rol oynayır”, - deyə Telman Əliyev söyləyib.

 

O həmçinin ilin sonunadək Caspian European Club tərəfindən iqtisadiyyatın başqa sahələri üzrə də bir sıra analoji tədbirlərin keçiriləcəyini əlavə edib.

 

Telman Əliyev, Caspian Energy Georgia-nın sentyabr ayından Gürcüstan ərazisində Caspian European Club, Caspian American Club və Caspian Energy İnternational Media Group-un maraqlarını təmsil etdiyini qeyd edib.

 

“Caspian Energy Georgia-nın fəaliyyətinin yenilənməsi çərçivəsində Gürcüstan və Azərbaycan hökumətlərinin, həmçinin Caspian European Club-un dəstəyilə 2018-ci ilin martında 5-ci Beynəlxalq “Caspian Energy Forum” təşkil olunacaq. Forumun açılış mərasimində Gürcüstanın Baş-naziri Georgi Kvirikaşvilinin iştirakı nəzərdə tutulub”, - deyə Telman Əliyev çıxışına yekun vurub.



Biznes-forum zamanı Nazim Səmədova Caspian European Club və Caspian American Club-un fəxri üzvlük sertifikatı təqdim olunub.

 

Caspian Tourism Forum-un işində Azərbaycan, Qazaxıstan, Rusiya, Türkiyə, İran, Avropa İttifaqından olan 200-ə yaxın biznesmen, həmçinin Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların təmsilçiləri iştirak ediblər.

 

Günün ikinci yarısında 7-ci CEO Lunch Baku təşkil olunub. Telman Əliyev Caspian European Club və Caspian American Club-un  hər ayın üçüncü çərşənbə günü CEİBC şirkətlərinin top-menecerlərinin iştirakı ilə Bakıda CEO Lunch təşkil etdiyini vurğulayıb. O, Bakıda növbəti CEO Lunch-ın 2017-ci il noyabrın 15-də Caspian Energy Finance Forum çərçivəsində baş tutacağını bəyan edib. Telman Əliyev həmçinin ikinci CEO Lunch Tbilisi-nin cari ilin 27 oktyabrında keçiriləcəyini və mütəmadi olaraq hər ayın sonuncü cümə günü təşkil olunacağını xatırldaıb.

 

Daha sonra qeyri-rəsmi şəraitdə sahibkarların üzləşdikləri problemlər müzakirə olunub, ölkənin müxtəlif regionlarında biznesin tətbiqi üzrə onları maraqlandıran məsələlərə, həmçinin iqtisadiyyatın fərqli sahələrində əməkdaşlığın genişləndirilməsi üzrə təkliflərə toxunulub

 

Bundan əlavə, həmin günün ikinci yarısında Klub üzvləri üçün “Vergi Məcəlləsində dəyişikliklər” mövzsusunda seminar təşkil olunub. Seminarı “Barattson School of  Business and Finance” tədris mərkəzinin nümayəndəsi Orxan İsayev aparıb.

 

Sonda Caspian European Club və Caspian American Club-da təmsil olunan və buradakı fəaliyyətini davam etdirən şirkətlərə sertifikatlar təqdim olunub.

 

Caspian Energy, Caspian Energy Forum, Caspian Energy Award, Caspian Energy Club, Caspian European Club, Caspian Business Club, Caspian American Club, Caspian American Forum, CEO, CEO Lunch, Brand Award və digərləri qeydiyyatdan keçmiş ticarət markalarıdır və Caspian Energy International Media Group-a məxsusdurlar.

18.10.2017 14:37

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ