Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Bu il Azərbaycanda daha az naringi yığılacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bu il Azərbaycanda daha az naringi yığılacaq

Sitrusçuluq Astara rayonunun ən gəlirli sahələrindən biridir. Rayonda sitrusçuluq və subtropik meyvə istehsalı ilə əsasən Kijabə qəsəbəsi, Şüvi, Siyəkü və Səncərədi kənd ərazi nümayəndəliklərində yerləşən yaşayış məntəqələrinin sakinləri məşğul olurlar.

 

Reklam_3_11

Bir neçə gündür rayonun sitrus bağlarında narıngi yığımına başlanılıb.

 

Astara Rayon Statistika İdarəsindən bildiriblər ki, ötən il rayonda mövcud olan 1302 hektar narıngi bağlarından 34 min ton məhsul yığılıb, hər hektardan götürülən məhsuldarlıq 312 sentner olub.

 

Cari ildə rayonda narıngi bağları 400 hektara yaxın artırılaraq 1700 hektara çatdırılıb. Bağlardan 40 min ton məhsulun yığılması proqnozlaşdırılır.

 

Bu il havaların quraq keçməsi məhsuldarlığa təsir edib. Məhsul istehsalçıları ötən il hər ağacdan 40 kiloqram narıngi yığırdılarsa, bu il bu rəqəm 10 kiloqram azalıb.

 

Fermer Mahir Məmmədov bildirib ki, bazarda narınginin satışı ötən ilə nisbətən ucuzlaşıb. Ötən il 2 manata satılan narıngi bu il 1 manat 50 qəpik - 1 manata təklif olunur.

 

© Azərtac

18.10.2017 16:33

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ