Neft Fondundan "Avstraliya" açıqlaması
Azərbaycan Respublikası Dövlət Neft Fondu Avstraliyada yeni daşınmaz əmlak aldığı barədə yayılan məlumatı təkzib edir.
Fonddan "Marja"ya daxil olmuş açıqlamada deyilir:
Bu gün bir sıra KİV-lərdə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Avstraliyada yeni daşınmaz əmlak almasına dair məlumatlara əsasən bildiririk ki, ARDNF daşınmaz əmlak portfelinin coğrafi mövqe, kapital strukturu, daşınmaz əmlak aktivlərinin növü və aktivlərin risklilik dərəcəsi üzrə diversifikasiyasının təmin olunması məqsədilə 2015-ci ildən başlayaraq Amerika, Avropa və Asiya və Sakit Okean Hövzəsi regionlarının inkişaf etmiş bazarlarında fəaliyyət göstərən, müxtəlif strategiyalarla, müxtəlif daşınmaz əmlak sektorlarına yatırım edən dünyanın qabaqcıl özəl daşınmaz əmlak fondlarına investisiyalar həyata keçirməkdədir. ARDNF tərəfindən Avstraliyada birbaşa daşınmaz əmlaka investisiya yatırılmamışdır.
Bakıda keçirilən Azərbaycan-Avstraliya biznes-forumuna qatılmış Avstraliya nümayəndə heyətinin rəhbəri, ölkələrarası Dostluq Assosiasiyasının prezidenti Con Hammond (Jon Hammond) bildirib ki, Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Avstraliyada daşınmaz əmlak almağa hazırlaşır.
"Avstraliya sabit ölkədir və bura Azərbaycan kapitalının yatırılması məqsədəuyğundur. Biz bunu alqışlayırıq", - o qeyd edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Kristal plaza Baku” restoranının fəaliyyəti məhdudlaşdırılıb
-
8 saat əvvəl
Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası
- 9 saat əvvəl
-
9 saat əvvəl
Xalq Bank növbəti dəfə irihəcmli beynəlxalq sindikat kreditləşməsi sövdələşməsində iştirak edib
-
10 saat əvvəl
Cənubi Koreyanın 4 avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır
- 11 saat əvvəl
-
11 saat əvvəl
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl